Moldovada növbədənkənar parlament seçkiləri keçirilir
Moldovada növbədənkənar parlament seçkiləri keçirilir. Moldova Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Rodika Sirbu TASS-a bildirib ki, saat 07: 00-da səsvermə başlayıb.
Ölkədə 2000 seçki məntəqəsi açılıb. Səsvermə prosesini 2 min 400-dən çox müşahidəçi izləyəcək.
Seçkinin təhlükəsizliyini və asayişi təmin etmək üçün 6 mindən çox polis əməkdaşı cəlb olunub.
Qeyd edək ki, 1000-dən çox deputatlığa namizəd 101 mandatlı parlament uğrunda mübarizə aparır.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: