ABŞ müsəlmanlara zülm edən Çin şirkətlərini qara siyahıya saldı
Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sincan-Uyğur Muxtar Rayonu, qazax və digər müsəlman azlıq qruplara hədə-qorxu, kütləvi həbslər və yüksək texnoloji nəzarətdən (fəaliyyəti) istifadə etməsi nəticəsində insan haqları pozuntuları və sui-istifadə ilə məşğul olan şirkətlərə sanksiya tətbiq edilir.
ABŞ-ın qara siyahıya saldığı bəzi Çin şirkətlərinin adları belədir:
“China Academy of Electronics and Information Technology”, “Xinjiang Lianhai Chuangzhi Information Technology Co”, “Shenzhen Cobber Information Technology Co”, “Xinjiang Sailing Information Technology”, “Beijing Geling Shentong Information Technology”, “Shenzhen Hua'antai Intelligent Technology Co.Ltd.” və “Chengdu Xiwu Security System Alliance Co., Ltd.”.