“Xarici qüvvələrin diktəsi ilə ölkəni məhv etməyin" - Prezident Əşrəf Qəni "Taliban"a səsləndi
Əfqanıstanda davam edən silahlı qarşıdurmadan narahatlığını dilə gətirən Prezident Əşrəf Qəni müharibənin davam etməsinə görə “Taliban”ı ittiham edib.
Xost vilayətində bir toplantıda çıxış edən Prezident əfqan xalqını müstəqilliyə, respublika qurluşuna və birgəyaşayışa dəstək olmaq üçün birliyi qorumağa çağırıb: "”Taliban”dan kiminlə, kimin uğrunda vuruşduqları soruşulmalıdır? Əfqanıstan xarab qalarsa, əfqanlar öldürülsə, bu kimə fayda verəcək?".
Ə.Qəni əlavə edib ki, onlardan Əfqanıstan uğrunda vuruşduqları və ya ölkənin başqaları tərəfindən idarə olunmasını istədikləri soruşulmalıdır.
O, “Taliban”a səslənərək deyib: "Əgər Əfqanıstanı sevirsinizsə, mənə söz verin ki, Dürand xəttini (Durand Line - Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlib.
Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranıb. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir L.S.) qəbul etməyəcəksiniz, Əfqanıstanı dairəvi yoldan birtərəfli yola dəyişməyəcəksiniz. Əfqanıstanın sularını başqalarına satmayacaqsınız, başqalarına xidmət etməyəcəksiniz.
Hər kəslə barışıq istəyirik. Hər gün 200-600 əfqan öldürülürsə, bundan kim faydalanacaq? Sizə Ərgəndabdan danışacağam. Ən azı 15 milyon ABŞ dollarına başa gələn üç körpünü dağıtdılar, 1000 evi bombaladılar".

Ölkədə barışın əldə olunmasının vacibliyindən bəhs edən Prezident daha sonar deyib: "Əfqanıstan hökuməti sülh prosesinin irəliləməsi üçün çox səy göstərdi və sülh istəyir. Ancaq Taliban şiddətini davam etdirdi. “Taliban” danışıqlara davam etməli və xarici qüvvələrin diktəsi ilə ölkəni məhv etməməlidir".
Bu arada “Taliban” ölkənin müxtəlif bölgələrini nəzarətə götürməkdədir. ABŞ kəşfiyyatının fikrincə, ABŞ əsgərlərinin tamamilə geri çəkilməsindən bir neçə ay sonra ölkənin mülki hökuməti “Taliban”nın əlinə keçə bilər.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: