Türkiyəyə qarşı xain plan: "Neokonlar Türkiyəni parçalamaq, Ərdoğanı isə devirmək istəyirlər...”
Merkuris bunun qəti şəkildə demokratiya layihəsi olmadığını söyləyib.
“Türkiyə 1920-ci ildən bəri zaman-zaman demokratiyadan uzaqlaşdı və NATO üzvü olsa da, bu onları narahat etmədi. Amma neokonlar indi Türkiyəni parçalamaq, Ərdoğanı isə devirmək istəyirlər”, - ingilis jurnalist qeyd edib.
“Bolton komandası bu səbəbdən vaxt itirmədən Türkiyəyə yönəldi və “Türkiyə Demokratiya Layihəsi”nə başladı. Amma Türkiyə çox güclü ölkədir. Türkiyədə bir böhran baş verərsə, bu böhran Orta Asiya, Qərbi Asiya, Şərqi Aralıq dənizi, Avropa və hətta ABŞ-a çata bilər. Amma bu həmin komandanı maraqlandırmır. Məqsədləri burada xaos yaradaraq, Ərdoğanı devirməkdir”.
Merkuris Ərdoğanın Türkiyəni bütün çətinliklərdən xilas edəcək qədər güclü lider olduğunu deyib.
Oxunub: 450
Xəbəri paylaş
Paylaş: