""Taliban" hakimiyyətə gələcək, Rusiya bununla hesablaşmalıdır"- Vladimir Jirinovski

"Taliban"ın Əfqanıstana rəhbərlik etməsi qaçılmazdır və Rusiya bununla hesablaşmalı olacaq.
Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.
“ABŞ-da unudublar ki, məhz onlar talibləri sovet qoşunları ilə mübarizə aparmaq üçün yaratdı. Lakin bizim hərbçilər oranı tərk etdi və taliblər qaldı. İndi dünya onları Əfqanıstan hökuməti kimi tanımalı olacaq”, – deyə partiya lideri bildirib.
Qeyd edək ki, taliblər Əfqanıstanın artıq böyük bir hissəsinə nəzarət edir./axar.az
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: