Rusiyada koronavirus şoku: Bir gündə 791 insan öldü
Rusiya KİV-i xəbər verir ki, ölkədə son sutkada pandemiya səbəbindən 791 insan vəfat edib.
Qeyd edək ki, bu say pandemiyanın başladığı gündən bu yana Rusiyada ən yüksək göstəricidir.
Ölkədə son 3 gündə virusdan vəfat edənlərin sayı sürətlə artır və rekord qırır.
"Delta" ştammı ilə yanaşı, peyvənd olunmanın zəif getməsi səbəbindən yoluxmaların sayında böyük artımın müşahidə olunduğu Rusiyada son sutka ərzində 25 293 nəfərdə virus aşkarlanıb.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: