“Taliban” Əfqanıstan hakimiyyətinə atəşkəs təklifi ilə bağlı xəbərləri təkzib edib
“Taliban” hərəkatı Dohada (Qətərdə) keçirilən danışıqlarda iştirak edən Əfqanıstan nümayəndə heyətinin nümayəndəsinin rəmi Kabilə atəşkəs təklifi olunması ilə bağlı bəyanatını təkzib edib.
TASS xəbər verir ki, bu barədə yerli “Ariana News” telekanalı məlumat verib.
“Bu iddia həqiqəti əks etdirmir”, - “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib.
Daha əvvəl Əfqanıstan hakimiyyəti tərəfindən danışıqlarda iştirak edən Nader Naderi “Taliban” hərəkatınının 7 min məhbusun azad edilməsi qarşılığında üç aylıq atəşkəs təklif etdiyini açıqlayıb.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: