Almaniyaya Çindən ilk qatar gəlib - "Yeni İpək Yolu" ilə
Vilhelmsxafedəki Yade-Vezer konteyner limanına Çindən ilk yük qatarı gəlib. Onu Aşağı Saksoniyanın Baş nazir müavini Stefran Vayl, limanın nümayəndələri və Çin Xalq Respublikasının (ÇXR) Baş konsulu qarşılayıblar («NDR»).
“Bununla əlaqədar olaraq Aşağı Saksoniya göstərir ki, bizim dəmir yolu ifrastraktumuz «Yeni İpək Yolu»nun bir hissəsi kimi fəaliyət göstərə bilər” -Vayl bəyan edib.
İyunun 25-də Nexodyndan yola düşən qatar 18 gün yolda olub və özü ilə məişət texnikası və tekstil məhsulları gətirib.
Bu müddət ərzində qatar 10 min kilometr məsafə qət edib - Qazaxıstandan, Rusiyadan, Belarusdan və Polşadan keçib.
Bu yol yeni bazarlar açır, istehsalçılara əmtəə dövriyyəsini artırmaq imkanı verir və yeni iş yerləri yaradır.
«NDR» bildirir ki, gələcəkdə bu marşrut üzrə müntəzəm dəmir yol daşımaları təşkil etmək planlaşdırılır.
Qatar konteyner gəmiləri ilə müqayisədə yolda iki dəfə az olub. Hazırda gəmilərdə yerlər azdır və onlar baha başa gəlir. Odur ki, alternativin olması yaxşı haldır. Ancaq qatar yalnız 100 standart konteyner daşıya bilir, böyük gəmilər isə 23 min konteyner.
Oxunub: 358
Xəbəri paylaş
Paylaş: