Türkiyə ilə ABŞ arasında mühüm telefon danışığı
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.
Telefon danışığında tərəflər ikitərəfli əlaqələrin gedişatını, Suriya, Şərqi Aralıq dənizi və Kiprdə, xüsusilə də Əfqanıstandakı regional vəziyyəti müzakirə edib.
Türkiyənin regional və qlobal məsələlərdə sülh və sabitliyi təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində səylərini davam etdirməkdə qərarlı olduğu vurğulanıb.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: