Yunanıstan hərbçiləri miqrantlara atəş açdı:
bir suriyalı öldürüldü, 5-i yaralandı
Türkiyədən Yunanıstana keçmək istəyən suriyalı miqrantlardan daha biri öldürülüb.
Türkiyənin TRT kanalı xəbər verir ki, Türkiyənin Ədirnə bölgəsindən Yunanıstana keçmək istəyən miqrantlara yunan hərbçiləri atəş açıblar. Nəticədə bir köçkün öldürülüb, 5-i yaralanıb.
Xatırladaq ki, bu günə qədər 136 min miqrant Yunanıstana keçib.
Yunan hərbçiləri onların qarşısını əngəlləmək üçün zaman-zaman atəş açırlar.
Ötən gün də 2 miqrant öldürülmüşdü.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: