Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ KƏLBƏCƏRDƏ BÖLMƏLƏRİMİZƏ ATƏŞ AÇDI - Növbəti təxribat
  • ERMƏNİ HƏRBÇİLƏR BÖLMƏLƏRİMİZİ ATƏŞƏ TUTDU - Rusiya tərəfi cavab atəşi açmamağı xahiş edib
  • Rəsmi Bakıdan İrəvana çağırış: "Regionda vəziyyəti gərginləşdirməyin"
  • Hərbçilərimiz daha əlverişli mövqelərdə möhkəmlənib - Düşmən təxribat törətdiyi ərazidən çıxarılıb /VİDEO
  • Qarabağda daha 7 erməni hərbçisinin meyiti tapıldı
  • “AZƏRBAYCANA QARŞI SİSTEMLİ FƏALİYYƏT-TƏXRİBAT VAR”- “Bu üç dövlət qazandığımız uğurların bir hissəsini geri qaytarmaq istəyir"

    • Tarix: 17-07-2021, 09:58

    Oqtay Qasımov: “Ermənistan vəziyyəti gəginləşdirməklə Minsk Qrupunu aktivləşdirmək, Rusiya isə gəginlik və qeyri-müəyyənlik fonunda durumdan yararlanmaq istəyir”





    “Erməni tərəfinin belə təxribat əməlləri imkan yaradır ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatları keçirilsin”

    “Azərbaycana qarşı olan bu təxribatlar şəxsən Paşinyanın razılığı və qərarı ilə həyata keçirilir”

    Son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin sistematik pozulması müşahidə olunur. Eyni zamanda Qarabağdakı rus sülhməramlı missiyanın nəzarəti altında olan bölgələrdən erməni qanunsuz silah dəstələri Azərbaycan ordusunun mövqelərinə atəş açırlar. Sanki hansısa əl regionda vəziyyəti gərginləşdirmək və “bulanıq suda balıq tutmağa” hazırlaşır. Azərbaycan tərəfi prezident səviyyəsində ortaya iradə qoyaraq lazım gəlsə qarşı tərəfə layiq olduğu cavabı verəcəyini xatırladıb.
    Azpolitika regionda müşahidə olunan erməni təxribatlarının səbəbləri və əsas məqsədləri mövzusunu politoloq Oqtay Qasımovla müzakirə edib.
    Müsahibəni təqdim edirik:

    - Oqtay bəy, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində, eləcədə Qarabağda rus sülhməramlıların səlahiyyət zonasına aid olan ərazilərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Ermənistan tərəfinin bu davranışlarını necə qiymətləndirmək olar, İrəvan bu addımla nəyə nail olmağa çalışır?

    - Ermənistandan kənar bəlli qüvvələr var ki, onlar bölgədə sabitliyin bərqərar olmasında maraqlı deyillər. Xüsusən də II Qarabağ savaşının nəticələrini həzm etməkdə çətinlik çəkirlər. ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Bakıdakı səfirlərinin Şuşa şəhərinə səfərdən imtina etmələri də əslində bu qəbildəndir.
    Eyni zamanda Ermənistan Baş nazirinin mətbuat xidmətinin açıqlamasında qeyd edilib ki, ABŞ dövlət katibi Antoni Blinkenlə Nikol Paşinyan arasında telefon danışığı olub və Paşinyanın Dağlıq Qarabağ probleminin həll olunmadığına dair fikrinə dövlət katibi müsbət reaksiya verib. Hər halda Ermənistan tərəfinin telefon müzakirəsinə dair açıqladığı məlumatdan belə nəticəyə gəlmək olar. Sözsüz ki, bunlar narahatlıq doğurmaqla yanaşı bizi diqqətli olmağa vadar edir.

    Sərhəddə atəşkəsin pozulması, eləcədə Şuşa istiqamətində atəşin açılmasına Ermənistan tərəfinin izahatı da anlaşılan deyil. Naxçıvan istiqamətində atəş açılmasının səbəbini doğru-dürüst ifadə edə bilmirlər. Şuşa istiqamətində isə erməni qanunsuz silahlı dəstələri tərəfindən atəşkəsin pozulmasına onların maraqlı “izahat”ı olub.
    Guya bu hansısa hədəfə doğru açılan atəşlər deyil. Burada daha çox məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki Rusiyanın Ermənistanda hərbi bazası var, Ermənistan dövlət siyasətinə güclü təsir imkanlarına malik olmaqla yanaşı sülhməramlı kimi yerləşdiyi Qarabağdakı erməni separatçılarına təsir imkanlarını saxlamaqdadır.
    Bu məsələlərdə Rusiyanın səssizliyi xüsusi diqqət çəkir. Görünür, bununla bağlı Rusiyadan müəyyən açıqlamalar tələb olunmalıdır. O cümlədən ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətindən danışmağa dəyməz. Əslində Minsk Qrupundan imtina etməyin zamanı artıq çatıb.

    - Şuşa və Naxçıvan istiqamətində atəşkəsin pozulduğu günü Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general Sergey İstrakov İrəvanda erməni hərbçiləri ilə danışıqlar aparıb. Bu iki məsələ arasında əlaqə varmı?

    - Aydındır ki, Rusiyanın Ermənistanla ciddi müttəfilik əlaqələri var. Rusiyanın Ermənistanda hərbi bazaları var. Bununla bağlı Rusiyanın mövqeyini özü izah etməsi daha yaxşı olardı.
    Amma II Qarabağ savaşından sonra Rusiyanın Ermənistanda təsir imkanları ciddi şəkildə artdı. Erməni cəmiyyətində belə fikir formalaşdı ki, Rusiyasız Ermənistan dövlətinin mövcudluğu sual altındadır. Amma Ermənistan ordusunun yenidən qurulması, modernləşdirilməsi kimi cəfəng layihələrlə bağlı Rusiyanın niyyətləri anlaşılan deyil. 
    Ən azından bu Azərbaycan tərəfi üçün ciddi suallar doğurur və buna qarşı cəmiyyətimizdə böyük qəzəb hissi var. Rusiyaya mövqeyimizi açıq şəkildə bildirmək lazımdır. 
    Yəni Rusiya bölgədə sülhün və sabitliyin bərqərar olmasını və 10 noyabrda imzalanan üçtərəfli sazişin müddəaların həyata keçməsini istəyib, istəməməsini açıq ortaya qoymalıdır. 
    Mənə elə gəlir ki, Şuşa ətrafında baş verən atışma bizim açıq şəkildə suallar qaldırmağımıza imkan yaradır. Biz Rusiyadan soruşmalıyıq ki, Moskva qarantyor ölkə kimi öz qüvvələrini bölgədə yerləşdiribsə, Ermənistan silahlı qüvvələri niyə Qarabağdan çıxarılmayıb?
    Əslində isə üçtərəfli razılaşmanın 4-cü bəndinə görə də, sülhməramlılar bölgədə olan Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi ilə paralel olaraq bölgəyə yerləşməli idi. Deməli, orada qalan erməni silahlı qüvvələrinin məsuliyyəti tamamilə rus sülhməramlıların üzərindədir.

    Rusiya bunun izahatını verməlidir. Nə üçün orada erməni qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun birləşmələri qalıb, niyə onlar tərkisilah edilmir və bölgədən çıxarılmır, niyə Rusiya prezidentinin də imza atdığı üçtərəfli bəyanatın şərtlərinə əməl edilmir? Əlbəttə, sənəddə komunikasiyaların açılması və digər məsələlərə hələ toxunmuram.
    Bu gün bölgədə gərginləşməyə rəvac verən, atəşkəsin sistematik pozulmasının səbəbləri Moskva qarşısında qaldırılmalıdır. Fransa və digər buna bənzər ölkələrin mövqeyi prinsipcə aydındır. 
    Hesab edirəm ki, Azərbaycan mövqeyini və ritorikasını sərtləşdirməlidir. Ermənistan və onun havadarları bilməlidir ki, Azərbaycana qarşı hər hansı revanş cədinin qarşısı alınacaq, həm də bu kimi hərəkətlərə sərt cavab veriləcək.

    - Sizcə, indiki təxribatlara qarşı Azərbaycan ordusu sərt cavablar verməlidir, yoxsa qarşı tərəfin əsas niyyətinin nə olduğunu müəyyənləşdirənə qədər sərb nümayiş etdirməlidir?

    - Hesab edirəm ki, əslində Azərbaycan ordusu buna cavab verir. Nəzərə alın ki, bunlar kiçik insidentlərdir. Amma hər hansı təhlükəli məqam yaranarsa, fikrimcə, Azərbaycan ordusu və siyasi rəhbərliyi konkret addım atmaqda tərəddüt etməyəcək. Mən buna inanıram və dövlət başçısının son bəyanatlarında, o cümlədən son açıqlamasında bu məqamlara toxunub. 
    Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin bitmədiyini söyləyən tərəflər bunu izah etsinlər. Mən də hesab edirəm ki, əslində erməni tərəfinin belə təxribat əməlləri imkan yaradır ki, nəzarətimiz altında olmayan, sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatlarının keçirilsin. 
    Əgər belə hallar davam edəcəksə, zənnimcə, bundan uyğun şəkildə istifadə edilməlidir. O cümlədən Ermənistan-Azərbaycan sərhədində yerləşən Qazax, Gədəbəy, Naxçıvan, Kəlbəcər istiqamətində belə təxribatları davam etdirəcəksə, biz sərhədlərimizin təhlükəsizliyi çərçivəsində daha qəti, ciddi və əsaslı addımlar atmalıyıq.
    Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edirsə, sülh müqaviləsinə razılıq vermirsə, onda biz nə üçün Ermənistanın ərazi bütövlüyünə hörmət etməliyik?
    Adekvat münasibətlər olmalı, Ermənistan anlamalıdır ki, daha Azərbaycanla belə zarafatlar keçməyəcək. Ermənistan havadarlarının dəstəyi ilə 30 ilə yaxın ərazilərimizi işğal altında saxlayıb, bu gündə revanşist və faşist düşüncəsinə üstünlük verir. Ələlxüsus, ABŞ, Rusiya və Frana səfirlərinin Şuşa şəhərinə səfərdən imtinasından sonra ermənilər öz aləmində xeyili ruhlanıblar, hesab edirlər ki, onlara işğalçılıq siyasətinə dəstək var. Amma onların belə istək və arzularının həyata keçməsi mümkün deyil.

    - Həmin ölkələrin səfirlikləri açıq elan ediblər ki, Şuşaya səfər etməmələri ilə bağlı izahat vermək niyyətində deyillər...

    - Əslində bunun tərcüməsi belədir ki, biz 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini dəstəkləmişik, Azərbaycan torpaqlarının işğal altında saxlanılması və orada törədilən vandalizmə şərik olmuşuq və bu gün də yaranan yeni reallığı qəbul etmirik.

    Fikrimcə, dediklərinin tərcüməsi bundan ibarətdir. Məncə, buna bizim adekvat münasibətimiz olmalı, Minsk Qrupundan imtina etməliyik. Əslində bu ölkələrin Qarabağ məsələsinə münasibətləri əvvəldən də bəlli olub. Çünki bu ölkələrin hər birinin işğalda öz payı var.



    - Siz nəyi nəzərdə tutursunuz?

    - 1988-ci ildə Ermənistanda zəlzələ olanda Fransadan təyyarələrlə humanitar yardım adı altında silah-sursat Ermənistana daşınıb. I Qarabağ savaşında Fransanın iştirakı və yardımı ilə Yaxın Şərqdən, ABŞ və Avropadan xeyli sayda terrorçular Qarabağa göndərilib və onlar Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.
    ABŞ-ın bu məsələdə mövqeyini unutmamaışıq.1992-ci ilin noyabrında Azərbaycana qarşı “Azadlığın dəstəklənməsi Aktı-907-ci düzəliş” qəbul edilib. 
    Bu yeni müstəqillik qazanan və özlərinin etiraf etdiyi kimi qərbyönümlü və anti-Rusiya meylli qüvvələrə qarşı addım oldu. Bu Azərbaycana qarşı əslində arxadan vurulan xəyanətkar zərbə idi. O cümlədən 2016-cı ilin Aprel döyüşlərindən sonra bütün təmas xətti boyunca ABŞ-ın verdiyi çox güclü müşahidə kameraları yerləşdirilmişdi.
    Bu kameralar vasitəsilə təxminən 80 kilometrə qədər uzaqlıqdakı əraziləri müşahidə altında saxlamaq imkanı verirdi.

    Rusiyanın da bu məsələlərdə rolu və mövqeyi aydındır. Rusiya bu problemin yaradılmasının kökündə duran dövlətdir.

    Mən demirəm ki, bu dövlətlərlə düşmənçilik edək, amma münasibətimizi də bu reallıqlar üzərində qurmalıyıq. Ehtimal edirəm ki, dövlət qurumları onlara suallar verir və buna cavab almağa çalışırlar. 
    Ancaq biz cəmiyyət olaraq bu dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin nədən ibarət olmasına dair suallar verməliyik. 
    Məsələn, bu üç ölkə illər əvvəl BMT-də Azərbaycanın ərazi bütövlüyünə dair səsvermədə bitərəf qalmışdılar. Az qala demək istəyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. 
    Yəni belə bir durumdur və onlar indi Ermənistanı düşdüyü ağır formadan hansısa şəkildə xilas etmək istəyirlər. Bizim sahədə qazandığımız uğurların bir hissəsini masada geri verməyimizi istəyirlər.
    Əslində məsələnin görünən tərəfi budur. Mən hesab edirəm ki, Azərbaycanın həm hərbi qüdrəti, həm də Şuşa bəyannaməsindən irəli gələn Türkiyə ilə müttəfiqlik mnasibətləri bu məsələdə xüsusi önəm daşıyacaq. Biz öz maraqlarımızdan və ölkəmizə qarşı yönələn təhlükələrin hər birinə cavab verməli, maraqlarımızı sona qədər gözləməliyik.

    - İddialar var ki, Azərbaycana qarşı təxribatları Ermənistan ordusunda və hakimiyyət orqanlarında təmsil olunan Rusiyanın “beşinci kolonu” törədir. Onlar vəziyyəti gərginləşdirməklə həm öz mövqelərini qoruyub saxlayırlar, həm də Moskvaya “top” ötürürlər. Bu nə dərəcədə mümkündür?

    - Paşinyan və ya bir başqa yanın Azərbaycana münasibəti eynidir və dəyişməzdir. Onların içərisində ən demokratı Levon Ter-Petrosyan idi, amma torpalarımız onun dövründə işğal edilib. Yəni onların bu məsələdə fərqli fikirləri yoxdur. Sadəcə olaraq Paşinyanın bir il əvvəlki mövqeyini xatırlayın.

    Azərbaycana qarşı bəyanatlar, yekə-yekə açıqlamalar verirdi. Sadəcə olaraq 44 günlük savaşdan sonra məğlub olan və darmadağın olunan ölkənin başçısı kimi o reallıqları daha ciddi şəkildə dərk etməyə başladı və buna uyğun addımlar atmaq istədiyini nümayiş etdirdi. Ancaq bunda nə dərəcədə səmimidir, hansı həddə qədər addım atacağını təssüflər olsun ki, hələ görmürük.
    Aydındır ki, Ermənistanda Rusiyanın əlaltısı olan “beşinci kolonu” var.
    Eləcədə Qərb tərəfindən dəstəklənən qüvvələr var. Onlar bölgədə sülhün yaranmasının əleyhdarıdır. Ola bilsin ki, orada hansısa məqamlarda özfəaliyyət ola bilər. Amma bu indiki qədər ola bilməzdi.

    Belə çıxır ki, Paşinyan orduya və dövlət qurumlarına nəzarət etmir? Mən bu iddiaları ciddi qəbul etmirəm. Paşinyan göstərdi ki, kifayət qədər dövlət orqanlarına nəzarət edir, bu orqalarda özünün kifayət qədər tərəfdarlarını yerləşdirib. Bu təxribatları III korpus komandanı Xaçaturovun və ya başqasının ayağına bağlamaq da ciddi iddia deyil. 
    Burada Azərbayaca qarşı sistemli fəaliyyət-təxribat var. Bu həm Ermənistanın, həm də kənardan dəstəklənən qurumların birgə fəaliyyətidir.
    Onlar sadəcə bu addımlarla vəziyyəti gərginləşdirir, bölgədəki bəzi layihələrin həyata keçirilməsinin ləngidilməsinə çalışırlar. Aydındır ki, burada bəzi kənar qüvvələrin də fəaliyyəti və maraqları var.
    Paşinyanı bu məsələlərdən ayırmaq, başqalarının bu təxribatları etdiyini iddia etmək məntiqsizdir. Sadəcə olaraq Paşinyan pislərin içində yaxşı sayıla bilər, amma onun yaxşı biri olması haqda iddialar əsassızdır. Azərbaycana qarşı olan bu təxribatlar şəxsən Paşinyanın razılığı və qərarı ilə həyata keçirilir.

    - Bütün bunları etməkdə Ermənistanın uduşu, qazancı nə olur?

    - Ermənistanın məqsədi bəllidir. Vəziyyəti mümkün qədər gərginləşdirib məsələni beynəlimləşdirmək istəyir. Fransa və digər ermənipərəst dövlətlərin timsalında Minsk Qrupunun fəaliyyətini aktivləşdirməkdən ibarətdir. Prinsipcə üçtərəfli bəyanat atəşkəs rejiminin yaranmasına səbəb olsa da, ABŞ və Fransa tərəfindən xoşluqla qarşılanan hal deyil. Çünki nəticədə Fransa və ABŞ prosesdən kənarda qaldı.

    - Əgər bu təxribatlar Rusiyanın təşəbbüsü ilə baş verirsə, Moskva burada hansı məqsəd güdür və Azərbaycanla bölüşə bilmədiyi nəyi var?

    - Vəziyyət nə qədər mürəkkəb və gərgin olsa, Rusiyaya daha çox ehtiyac yaranır. Bu səbəbdən də Rusiya burada sabitliyin və sonra da sülhün yaranmasında maraqlı deyil.
    Çünki Rusiya Ermənistandakı hərbi varlığını artırıb, Azərbaycan ərazisində özünün sülhməramlılarını-hərbçilərini yerləşdirib. Sabah iki tərəf arasında əməkdaşlıq və anlaşma başlayacaqsa, sülh bərqaərar olacaqsa, o zaman burada sülhməramlıya və ya hərbi bazalara ehtiyac qalmayacaq. Bu baxımdan bölgədə Rusiyaya gərginlik və qeyri-müəyyənlik lazımdır ki, burada ona ehtiyac olduğunu göstərsin və vəziyyətdən yararlansın.

    Rasim Əliyev

    Oxunub: 408
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.