Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayı artıb
Bunu Bakı şəhər prokuroru İlqar Abbasov 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bildirib
O qeyd edib ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 2 fakt artaraq 25 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan Bakı şəhərinin tabe rayon prokurorluqlarında ibtidai istintaqı aparılan bütün cinayət işlərinin açılması təmin edilib: "2020-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə 20 quldurluq hadisəsi qeydə alınmışdır ki, bu ötən illə müqayisədə 8 hadisə az olmuş, həmin hadisələrdən 1-i bağlı qalıb".