SSRİ bu səbəblərdən dolayı çökdü -
Kudrin
SSRİ-nin dağılması 1980-ci illərin sonlarından bəri mənsub olduğum liberal iqtisadçılar dairəsində müzakirə olunurdu.
Bunu Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin SSRİ-nin dağılmasının səbəbləri barədə danışarkən deyib.
“SSRİ-nin dağılmasının səbəblərindən biri islahatların həyata keçirilməsinin ləngiməsi və planlı iqtisadiyyatın yenidən qurulması oldu”, – Kudrin vurğulayıb.
O qeyd edib ki, Sovet İttifaqı tədricən effektivliyini itirən iqtisadi sistemdə islahatlar aparmağa hazır deyildi:
“O vaxt heç kim SSRİ-nin dağılacağını gözləmirdi. İqtisadçılar planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi gözləyirdilər. Sovet İttifaqının dağılmasına dair ssenari fəlakətli hesab olunurdu”.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: