Zelenski və Baydenin görüş tarixi elan olundu
"Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında keçiriləcək görüş iyulun sonu və ya avqustun əvvəlində baş tutacaq."
Bu sözləri Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov deyib.
Qeyd olunub ki, bundan əvvəl Ukrayna XİN rəhbəri Dmitri Kuleba görüşün ABŞ-da iyulun sonunda baş tutmalı olduğunu qeyd etmişdi. Nikiforov danışıqların tarixinin bir az dəyişdirildiyini deyib və “bundan faciə yaratmamağa” çağırıb:
“Görüş iyulun sonu-avqustun ilk günləri – təxminən bu aralıqda planlaşdırılır”.
Oxunub: 397
Xəbəri paylaş
Paylaş: