Türkiyədə koronavirus: son bir gündə 7 666 nəfər yoluxub, 38 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində 234 min 161 nəfərin COVID-19 testi yoxlanılıb.
“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 7 666 nəfər təşkil edib.
Son sutka ərzində 38 nəfər koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 490 nəfərə çatdığı bildirilib.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: