Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • ABŞ səfirindən Şuşa səfərindən imtina ilə bağlı suala cavab
  • ÜÇ ÖLKƏNİN SƏFİRİ ŞUŞAYA GETMƏKDƏN İMTİNA EDİB - Onların bu cür qeyri-diplomatik demarşının səbəbi nədir?
  • “Şuşaya getməyən ABŞ, Rusiya və Fransa səfirləri təcrid olunmalıdır”- Eks-nazirdən sərt açıqlama
  • Rusiya və ABŞ arasında Qarabağ gərginliyi: “Nöqtə qoyuldu...”
  • Xarici diplomatlar Füzuli və Şuşaya gedir
  • “BİR NEÇƏ SAAT KİFAYƏT EDƏR Kİ, PAŞİNYAN DEVRİLSİN VƏ ÖLDÜRÜLSÜN...” - "Minsk Qrupu indi gəlib bizdən nə istəyəcək?"

    • Tarix: 18-07-2021, 13:52



    Elxan Şükürlü: “Bir də görəcəksiniz, hər gecə bir terrorçunun əlini-qolunu bağlayıb gətiriblər, ya da öldürüb Qarabağda bir dərəyə tullayıblar”

    Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin, diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri həyata keçirildi. Səfər dəvətindən imtina edən bir neçə dövlətin diplomatlarının arasında ABŞ, Rusiya və Fransa səfirləri də var. Hansı ki, bu dövlətlər Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləridir.

    Diplomatların səfərdən imtinası müxtəlif cür şərh olunur. Bəziləri bildirirlər ki, bu addım İkinci Qarabağ müharibəsindən sonra fəaliyyəti tamamilə gündəmdən düşmüş həmsədrlik institutunun “dirildilməsinə” çalışmaqdır. Bir sıra analitiklər isə bildirirlər ki, həmsədr ölkələr səfirlərini Şuşaya buraxmamaqla Qarabağ ermənilərinə status almaq niyyəti güdür.

    Ölkə ictimaiyyətinin ciddi narahatlığına və geniş müzakirəsinə səbəb olan hadisələrlə bağlı Ayna-nın suallarını Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, politoloq Elxan Şükürlü cavablandırıb.



    Rusiya Koçaryan variantından imtina edir?

    - Elxan bəy, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinin Şuşaya getməkdən imtinası ciddi diplomatik rezonans yaradıb. Artıq ən müxtəlif çevrələrdə ümumiləşmiş qənaət budur ki, səfirlərin imtinası rəsmi Bakıya Minsk Qrupunun fəaliyyətini bərpa etmək üçün bir mesaj, hətta təzyiqdir.
    Sizcə, hər üç ölkə bu təzyiqləri artırarsa, rəsmi Bakı Minsk Qrupu ilə bağlı əvvəl tutduğu mövqedən geri çəkilərmi?

    - Minsk Qrupunun fəaliyyətini yenidən dirçəltmək cəhdləri aydın görünür və bu, daha çox 44 günlük Qarabağ savaşında Ermənistandakı mövqelərinə böyük zərbə vurulmuş ABŞ və Fransaya, qismən də Qarabağdakı hərbçilərinə beynəlxalq mandat almaq istəyən Rusiyaya lazımdır.

    44 günlük Qarabağ savaşınının gedişi zamanı Rusiya-Türkiyə tandemi tərəfindən sıxışdırılıb kənarda saxlanan ABŞ və Fransa indi çox ümid edir ki, Minsk Qrupunu aktivləşdirmək və gələcək sülh danışıqlarında iştirak imkanı qazanmaqla, onlar təkrar prosesə cəlb oluna bilərlər.

    Bu işdə də himayə etdikləri və son seçkilərdə də birmənalı qələbəsi üçün çalışdıqları Paşinyandan istifadə edirlər. Baxın, Rusiya Prezidenti Putin, Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyev “Dağlıq Qarabağ münaqişəsi bitib” dedikləri halda, Paşinyan “münaqişə bitməyib” deyir və “Qarabağ ermənilərinin statusu” məsələsini qabartmaqla ABŞ və Fransanı yenidən prosesə cəlb etmək, 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını uzatmaq və Azərbaycanla qalıcı sülh sazişinin imzalanmasından yayınmaq istəyir.

    Buna baxmayaraq, mən hesab edirəm ki, Paşinyanın bu diplomatik vurnuxmaları əbəsdir və onun prosesi uzatmaq və razılaşmaları pozmaq cəhdi şəxsi faciəsi, Ermənistanın isə bir dövlət kimi tamamilə məhv edilməsiylə nəticələnə bilər.

    - Ancaq görünən odur ki, Paşinyanın Qərbdə çox ciddi dəstəyi var. O, bugünlərdə ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb və bildirib ki, münaqişə həllini tapmayıb, Minsk Qrupunun fəaliyyəti bərpa və ermənilərin statusu müzakirə olunmalıdır. 
    Sizcə, ABŞ və Fransadan ciddi dəstək alan, seçkidə də böyük üstünlüklə qalib gələn Paşinyan prosesi uzatsa, rəsmi Bakının hansı cavab tədbirləri olacaq?

    - Paşinyanın Qərb tərəfindən ciddi şəkildə dəstəkləndiyi və qarşıdakı mərhələdə də dəstəklənəcəyi fikriylə razıyam. Bəli, o, Qərb proyektidir və Qərb onun üstündə bərk əsir, onu qoruyur. Ancaq bu dəstək və himayə Rusiya ilə olan razılaşmanı pozacaq və Prezident Putinlə münasibətləri korlayacaq miqyasda, həddə deyil.

    Paşinyan 10 noyabrda Putinə yalvararaq, Azərbaycanla atəşkəs razılaşması imzalayıb, üzərinə öhdəliklər götürüb. Üstəlik, 2021-ci ilin 11 yanvarında yenə də Putinin zəmanəti ilə Moskvada öhdəliklərini təzələyib. Aprelin 7-də isə təkrar Putinlə görüşüb, sonra seçkiyə gedib, qalib gəlib və hələ yenidən Baş nazir seçilməmiş iyulun 7-də Putinlə bir də görüşə gedib.
    Həmin Putinlə ki, o, 10 noyabrda imzalanmış Üçtərəfli Razılaşmadan imtinanın tərəflər üçün intihar olacağı barədə açıq xəbərdarlıq edib.

    İndi Putinlə keçirilən bu görüşlər Paşinyanın sifətinə tamaşa etmək üçün təşkil edilmir ki?! Dəyişən situasiyaya uyğun şərait, mövqelər öyrənilir və ona başa salınır ki, üzərinə götürdükləri öhdəlikləri mütləq yerinə yetirməlidir.

    Paşinyana şans verildi ki, o, arxayın şəkildə Ermənistanda seçkiləri keçirsin. 20 iyunda seçkiləri keçirdi, böyük səs üstünlüyü ilə müharibə tərəfdarı kimi çıxış edən “Qarabağ klanı”na qalib gəldi. Seçkidə iştirak edən seçicilərin yarıdan çoxu – 687 min nəfəri ona səs verdi! Bu, o deməkdir ki, erməni əhalisinin də əksəriyyəti yeni müharibədən qorxur və ondan Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir, “Qarabağ klanı”nın avantürist və separatçı meyllərini dəstəkləmir.
    İndi Paşinyan həm öz əhalisinin istəyinə, həm də Rusiya və Azərbaycanla imzaladığı razılaşmalara uyğun olaraq, ondan gözləntiləri və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməldir. Yetirməzsə, Putin demiş, bu, onun gerçək intiharıyla nəticələnə bilər. Dövlətlərarası razılaşma oyun-oyuncaq deyil ki, kimsə kimisə aldatsın – adamın tozunu göyə sovurarlar!

    - Bunu Rusiyamı edəcək?

    - Hər halda, Üçtərəfli Atəşkəs Razılaşmasının zəmanətçisi Rusiyadır, Prezident Putindir. Bu razılaşmanın necə yerinə yetirilməsi Rusiyanın nüfuz məsələsidir. Əgər Paşinyan Rusiyanı, Putini saya salmazsa, razılaşmanı yerinə yetirməzsə, bu, Rusiyanın nüfuzuna öldürücü zərbə olar, digər ölkələri də Kremlə qarşı ayaqlandıra bilər. Elə ilk olaraq Azərbaycanın özündə böyük bir anti-Rusiya hərəkatı başlayar, Azərbaycan Türkiyə üzərindən Qərblə daha sürətlə yaxınlaşa bilər və s.

    Rusiya bunu yaxşı görür və məncə, Paşinyanı məcbur edəcək ki, üzərinə götürdüyü öhdəlikləri tezliklə yerinə yetirsin və Azərbaycanla sülh razılaşmasını imzalasın. Paşinyan prosesi uzatmağa çalışsa və ya razılaşmanı pozsa, Azərbaycanın yeni hərbi əməliyyatlarına bir neçə saatlıq göz yumulması kifayət edəcək ki, Ermənistana daha böyük zərbələr vurulsun və orada çevriliş baş versin, Paşinyanın özü də qətlə yetirilsin. Belə bir ssenarinin inkişafını isə heç Paşinyanın himayəçiləri – Qərb də arzulamaz.

    Əksinə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Qərbin – ABŞ və Avropa Birliyinin də strateji marağındadır. Onların qənaətincə, iki ölkə arasında nə qədər tez normal münasibətlər qurularsa, bu, gələcəkdə Rusiyanın da bölgədən uzaqlaşdırılmasına gətirib çıxarar.

    - Fikrinizcə, Minsk Qrupunun yenidən fəallaşdırılması sülh danışqlarını ləngidə, yoxsa tezləşdirə bilər? Xatırlayırsınızsa, Prezident İlham Əliyev həmsədrlərlə görüşdə demişdi ki, onlar yekun sülhün əldə edilməsində hansısa rol oynaya bilərlər. Minsk Qrupu yekun sülh razılaşması üçün hansı yeni təkliflərlə çıxış edə bilər? Ümumiyyətlə, bu qurumun fəaliyyətinə ehtiyac varmı?

    - Təkrar edirəm: bizim artıq Minsk Qrupunun hansısa təklif və ya tövsiyəsinə ehtiyacımız yoxdur, bu, daha çox vaxt udmaq istəyən Paşinyana və bir də onun vasitəsi ilə danışıqlara qayıtmağa çalışan ABŞ və Fransaya lazımdır.

    Minsk Qrupunun həmsədrlik institutunun yaradıldığı 1994-cü ildən 27 sentyabr 2020-ci ilədək keçən 26 il ərzində onların bizə təklif etdikləri bütün variantlarda “ərazi əvəzinə status” tələbi olub. Beynəlxalq hüquq normalarına uyğun davranmaq, işğalçının işğal etdiyi ərazilərimizdən çıxmasını tələb etmək yerinə, bizdən “reallıqlarla barışmaq” və öz ərazilərimizi sülh müqabilində terrorçu-separatçılara vermək təklif edilib.

    44 günlük savaş isə artıq Minsk Qrupunun istinad etdiyi reallıqları dəyişib – biz torpaqlarımızı işğalçılardan təmizləmişik, Qarabağda geniş tikinti-quruculuq işlərinə başlamışıq. Minsk Qrupu indi gəlib bizdən nə istəyəcək və bizə nə təklif edəcək?

    Ermənilərin dağıdıb tar-mar etdikləri, taladıqları əraziləri bərpa etməkdə yardımçı olmaq və dəymiş ziyanı ödəmək istəyirlərsə, qarşılıqlı etimad mühitinin yaradılmasında və hər iki tərəfdən olan qaçqınların yer-yurdlarına qayıtmalarına kömək göstərmək niyyətləri varsa, buyurub elan etsinlər.

    Rusiya Prezidentinin də, Azərbaycan Prezidentinin də, Türkiyə Prezidentinin də mövqeyinin əksinə gedib indidən status məsələsindən yapışmaq xoş olmayan niyyətin ifadəsidir və sülhə xidmət etmir. Onlar başa düşməlidirlər ki, biz Ermənistana ən böyük güzəştimizi etmişik – 10 noyabrda atşəkəsə razılaşmışıq və hələlik yeni müharibəyə də başlamırıq.

    Halbuki Azərbaycanda hələ də cəmiyyət hərbi əməliyyatların yarımçıq saxlanıldığı qənaətindədir və buna görə hakimiyyəti qınayır, Rusiyanı isə lənətləyir. Hərbi əməliyyatların yenidən bərpası bu dəfə Ermənistan üçün gerçəkdən də fəlakət olacaq.

    - Son günlər atəşkəsin pozulması halları intensivləşir. Gözləyirsinizmi ki, bu, yenidən irimiqyaslı hərbi əməliyyatlara çevrilsin?

    - Ermənistanın yenidən savaşmaq imkanı yoxdur. Ordusunun döyüş qabiliyyətli hissəsi tamamilə dağılıb, əhalisi qorxub və müharibə istəmir, iqtisadi baxımdan ölkə çöküb, miqrasiya dəhşətli dərəcədə artıb, hərbi baxımdan strateji mövqelərdə isə artıq Azərbaycan əsgəri əyləşib. Gərək, hansısa ölkə gəlib Ermənistanın əvəzindən bizimlə müharibə apara ki, bu da indilikdə real deyil.
    Sadəcə, atəşkəsi tez-tez pozmaqla Ermənistan göstərmək istəyir ki, guya, münaqişə bitməyib, hələ davam edir və gələcək sülh danışıqlarında hansısa tələblərlə çıxış etmək niyyəti güdür.

    Ancaq Azərbaycan tərəfinin də Ermənistanın nazıyla çox oynamaq fikri yoxdur və Paşinyan tezliklə hökumətini formalaşdırıb, 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını təmin etməzsə, Azərbaycan tərəfi Qarabağdakı terrorçu-separatçıların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatlara başlaya bilər.
    Bir də görəcəksiniz, hər gecə bir terrorçunun əlini-qolunu bağlayıb gətiriblər, ya da öldürüb Qarabağda bir dərəyə tullayıblar. Türkiyə və Azərbaycan hərbçilərinin son vaxtlar birgə təlimlərində daha çox çətin relyefli ərazilərdə xüsusi əməliyyatların aparılması qaydalarının təkrar-təkrar sınaqdan keçirilməsi az şey demir.
    Daha bir yaxşı təklifi isə bugünlərdə Prezidentin sabiq köməkçisi Eldar Namazov verib. Deyib ki, Azərbaycan vaxtilə Ermənistanın istifadə etdiyi taktikadan istifadə edə, yəni, öz təhlükəsizliyi üçün Ermənistanla öz arasında bir “bufer zona” yarada bilər. Prezidentin məlum fərmanından və Zəngəzurla bağlı son çıxışlarından sonra bu məsələ bir az da aktuallaşır...

    Bununla belə, mən ümidliyəm ki, vəziyyət o həddə çatmayacaq və Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün çox yaxın vaxtlarda üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Ümidimi artıran həm də odur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını dünya gücləri də istəyir və iyun ayında Cenevrədə keçirilən Bayden-Putin görüşündə, böyük ehtimalla, bu məsələ də prinsipial olaraq razılaşdırılıb. Hətta ola bilsin ki, Minsk Qrupu elə bu razılaşmanı həyata keçirmək və tərəflər arasında yekun sülh sazişini imzalatdırmaq üçün fəallaşdırılır.

    – Minsk Qrupu yenidən canlandırılarsa, qardaş Türkiyənin həmsədrliyə cəlbi mümkündürmü?

    - Türkiyə Minsk Qrupunun üzvüdür, bundan əlavə, artıq regionda hamının mövqeyi ilə hesablaşacağı çox ciddi gücdür. Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyada həm Qərb, həm də Rusiya üçün artıq köməyinə ehtiyac duyulan, sabitlik yarada biləcək əsas dövlət halına gəlib. İndi Türkiyəyə Qərb-Rusiya münasibətlərində körpü və tarazlıq yaradan ölkə kimi baxılır.
    Təsadüfi deyil ki, NATO üzvü olan Türkiyəni və onun əsas müttəfiqlərini – Pakistan və Azərbaycanı Rusiya da öz blokunda görmək istəyir. Bu baxımdan, Türkiyənin Minsk Qrupu həmsədrliyinə gətirilməsi bu quruma Azərbaycanın inamının qazanılmasında və yekun sülh sazişinin imzalanmasında mühüm rol oynaya bilər.
    Hər halda, Minsk Qrupu ümumi razılaşma əsasında yenidən fəallaşdırılacaqsa, Azərbaycan Türkiyəni də həmsədrlər sırasında görmək istəyəcək.

    Oxunub: 426
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.