Ukrayna və Moldova prezidentləri Gürcüstanda sərərdədir
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstana səfər edib.
Report xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq hava limanında enib.
V.Zelenski “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında iştirak edəcək.
Dövlət başçısı həmçinin Gürcüstan və Moldova prezidentləri – Salome Zurabişvili və Maya Sandu ilə birgə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşə də qatılacaq.
***
Onun təyyarəsi Batumi beynəxlalq aeroportunda enib.
Gürcüstan prezidenti Salome Zurabişvilinin dəvəti ilə baş tutan səfər çərçivəsində M.Sandu “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında çıxış edəcək.
O, həmçinin Gürcüstan və Ukraynanın dövlət başçıları ilə birgə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə də iştirak edəcək.