Azərbaycan və Rusiya prezidentlərinin müzakirə edəcəyi mövzular açıqlandı
Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.
Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.
Görüşdə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın reallaşdırmasının praktik aspektlərinə, həmçinin iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki həllinə ayrılacaq.