Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Hansı mirşahin düz danışır?" - Eynulla Fətullayev də mirşahini vicdanlı olmağa çağırdı (VİDEO)
  • Fətullayev Azərbaycan ictimaiyyətinə müraciət etdi: hayların ifşasından yazan “Nezavisimaya qazeta” təhlükədədir!
  • “Necə yəni peşəkar media? Axı media necə qeyri-peşəkar ola bilər?..”- Polemika
  • Deputat Türkiyə sülhməramlılarına qarşı çıxıb - "Çox yaramaz adamdır..."
  • Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
  • "Ordumuzun qələbəsi naminə jurnalistikanın məğlubiyyəti ilə barışmıram!"- Polemika

    • Tarix: 19-07-2021, 18:50



    Azərbaycanın üç tanınmış jurnalisti - “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev və “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud 22 iyul Milli Mətbuat Günü ərəfəsində ölkədə medianın durumu, KİV-in fəaliyyəti, mövcud olan problemlər və perspektivlər ətrafında polemika keçiriblər. Bu müzakirələr onlayn formatda baş tutub.

    (əvvəli 17 iyul tarixli sayımızda)

    Həmin müzakirənin davamını təqdim edirik:

    Eynulla Fətullayev:
    Məncə, bu yanaşma ilə Mir Şahin jurnalistikadan getsə, yaxşıdır. “Cəbhədən tez-tələsik xəbər!” formatı indi artıq köhnəlmiş, möhlətini bitirmiş nəzər nöqtəsidir, məncə. Dünyanın aparıcı KİV-i İraqdan, Əfqanıstandan, Liviyadan, Suriyadan məhz bu nöqteyi-nəzərdən çıxış edir. Mir Şahin dövlətçilikdən danışır, jurnalistikadan yox. Bunlar isə bir-birinə əks məfhumlardır...
    Mən Ordumuzun qələbəsi naminə jurnalistikanın məğlubiyyəti ilə barışmıram!
    Peşəkar operatorların və müxbirlərin cəbhədən gündəlik reportajlarının yayılması qələbəmizə kölgə salmazdı. Müharibə vaxtı hərbi senzura olur və olmalıdır da! Buyurub dövlət həmin materialları senzuranın sücgəcindən keçirəydi. Bu, artıq jurnalistikanın problemi yox, məmurların problemi idi...

    Elbrus Ərud:
    Gəlin bir qədər də bir neçə il sonranı proqnozlaşdıraq. Cəmi bir neçə il sonra ölkədə KİV tam olaraq sosial şəbəkələrə məğlub ola bilər. Necə ki, artıq TV-lər, ondan əvvəl isə qəzetlər bu taleni yaşayıblar. Növbədə onlayn medianın faciəsi olacaqmı?..

    İndi belə bir fikri, az qala, hamı səsləndirir: “Mən TV-yə baxmıram, sonuncu dəfə qəzeti nə vaxt gördüyüm yadıma gəlmir” və s.
    Bu proses indi daha çox gündəmdə olan saytları da ağuşuna alacaqmı?



    Eynulla Fətullayev:
    Əgər hansısa agentlik və ya TV xəbərin tez çatdırılması üçün mübarizə aparmırsa, oxucu və tamaşaçı naminə savaşmırsa, o zaman bu KİV-ə nə ehtiyac var? Məsələn, SSRİ-də SOVİNFORMbüro var idi, vahid mərkəzdən xəbər yayırdılar. Və yaxud Çinin “Sin Xua” agentliyi.
    Bu agentlik də Tayvan hadisələri haqqında yeganə xəbər mənbəyidir. Əgər informasiyalar vahid mərkəzdən yayılırsa, sual edirəm - o zaman bu qədər KİV-ə və TV-yə nə ehtiyac var? Məntiqlə “AzərTac” kifayətdir.
    Azərbaycanda xəbər saytları artıq sosial mediaya məğlub olub. Sosial medianın yeganə çatışmazlığı - sistemsizlikdir. Amma operativlik nöqteyi-nəzərdən xəbər saytları sosial mediadan geri qalır. Məhz buna görə də xəbər saytlarının özləri sosial mediaya köçüb. Amma... Mühüm bir amma var. Sosial media xəbər saytlarını artıq əvəz etsə də, jurnalistikanı əvəz edə bilməyib.
    Reportaj, müsahibə, korrespondensiya, oçerk, təhlil... Onlayn jurnalistika bu janrlarını qorusa, sosial medianı üstələyəcək. Sırf xəbər konsepsiyası üzərində fəaliyyətini davam etdirsə, sosial şəbəkə içində əriyəcək, necə ki əriyir artıq.
    TV-lər yutublara və smartfonlara, xəbər saytları feysbuk və tvitterə, hətta instaqrama köçüb. Diqqət yetirin, artıq insanlar xəbərləri instaqramda xülasə şəklində oxuyur. İnnovasiya inqilabından sonra zaman axarı sürətlənib. Vaxt yoxdur! Hamı tələsir. Hamı gecikir. İnsanlar artıq xəbərlər də oxumur, instaqram üzərində xəbər başlıqları ilə kifayətlənir.
    TV-lər teatr və kinoteatrlara çevrilir, kağız jurnalistikası isə rəqəmə transformasiya olunub, sosial mediaya köçüb. Dünya yeni mərhələyə qədəm qoyub - artıq media oxuculara diktə etmir, oxucu medianı müəyyən edir. Belarusda NEXTA fenomeni bunu sübut etdi. İnsanlar görmək istədiklərini və oxumaq istədiklərini canlandırır. Bu bilirsiniz, nəyə bənzəyir? Bir dəfə Lev Tolstoydan soruşmuşdular ki, ədəbiyyat nə zaman bitəcək? Tolstoy cavab verir ki, insanlar bütün mövzular haqqında açıq danışa biləcəkləri zaman əbədiyyatın sonu olacaq. Məsələn, mən Anna Kareninanın kimliyini açıqlaya bilmirəm, ona görə də ədəbi obraza ehtiyac yaranır.
    Əziz dostlar, ədəbiyyat təkcə Azərbaycanda deyil, bütün dünyada bitmək üzrədir! Çünki insanlar Anna Kareninanın kimliyini və hətta fotosunu sosial şəbəkədə paylaşır.
    Yəni əgər hər bir insan reportaj və ya xəbər paylaşa bilirsə, deməli, jurnalistika da son nəfəsini  verir. Amma təkrar edirəm - xəbər jurnalistikası! Hər insan axı düşünüb təhlil edə bilmir. Ona görə də populyar bloqerlər ordusu yaranmaqdadır. İnsanlar hadisələrə bu bloqerlərin baxış bucağından yanaşır. Amma bloqer diktə etmir, oxucu edir. Əks halda, oxucu daha yalan danışan bloqeri oxumayacaq.
    Təəssüf ki, Azərbaycanda hələ də bloqer yoxdur. Bloqer kimi tanıdığımız şəxslər - sadəcə posterlərdir. Ancaq 10-15 ilə bloqer nəsli də yaranacaq. Artıq bu proses dünyada sürətlə gedir. Biz isə həmişəki kimi, dünyadan bir balaca geri qalırıq.

    Elbrus Ərud:
    Ədəbiyyatın ölməsi fikri ilə razılaşmıram. Baxmayaraq ki, bu istiqamətdə polemikanı davam etdirsək, mövzudan yayına bilərik. Ancaq bir neçə cümlə deməliyəm. Ədəbiyyat bu gün də var və çox böyük maraqla oxunur. Məhz Tolstoyun janrı, mövzusu açıq maraq doğurmaya bilər. Axı, nümunələr var. Xalid Hüseyninin müasir dövrdə yazdığı roman-trio dünyanın bütün dillərinə tərcümə olunub və demək olar ki, bütün bəşəriyyət tərəfindən oxunub. O cümlədən, Corc Oruellin əsərləri. Üstündən illər keçməsinə baxmayaraq, bu gün də tirajlanmaqdadır. Məncə, məsələ formadadır. Forma dəyişə və davam edə bilər.
    Jurnalistikanın əsasını informasiya yükü təşkil etdiyi üçün informasiyaya ehtiyacın da heç vaxt tükənmədiyini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, bu sahənin istehsalçıları daim diqqət mərkəzində qalacaq. Yenə də vurğulamaq istəyirəm ki, formatı dəyişmək və zamanın tələbinə uyğun təşkil etmək şərtilə. Düşünürəm ki, şairin də yazdığı şeirdə daha çox informasiya olmalıdır...

    Mir Şahin:
    Eynulla, əzizim! Yadındadır da, mən söhbətə başlayanda nə dedim!? “Məndən ötrü obyektiv olmaq o qədər də asan olmayacaq, hətta ola bilsin ki, heç mümkün də olmayacaq. Çünki mən bu dəqiqə də telekanal rəhbəriyəm, özü də mövqeyi tam bəlli!”. Yenidən xatırladıram: Eynulla, mən sənin düşündüyün tərəfsiz jurnalistikadan əslində çoxdan getmişəm. O jurnalistikanı keçmişim hesab edirəm. Pandemiya dövrü hamını Müstəqil Öz adlı divarlar arasına soxub.

    “Evdəqal!” Yeni bu dövr Müstəqil Dövləti bir dəyər kimi Müstəqil İnsan dəyərindən üstün tutur, həm də insanın fərdi müqəddəratının ayrı-ayrı komponentlərini ( məsələn, söz, fikir azadlığı, demokratiya kimi) dövlət müstəqilliyinin əsas şərtlərindən aşağıda buraxır! Bu baxımdan, sənin Ordumuzun qələbəsi naminə jurnalistikanın məğlubiyyətilə barışmamağın - eynilə mənim barışmağım kimi tam təbiidir. Amma mən bugünkü sosial qaragüruh mediasının başı çıxmayan yerə sadəcə şüvən salmaq, reketvari təzyiq priyomları hesabına getməsini faydalı saymıram! Belə təşəbbüslər yalnız əl-ayağa dolaşmaq olardı. Peşəkarların cəbhədə nə etdiyini, necə etdiyini mən yaxşı bilirəm.



    Birinci Qarabağ Müharibəsinin reportyor iştirakçısı tək İkinci Savaş zamanı da materiallar hazırladım. REAL TV-nin üç briqadası müxtəlif istiqamətlərdə işlədi. Yayımlarımızın 80 faizi canlı oldu! Biz tək deyildik. Bu, bütün mediamızın uğurudur. İşğaldan azad olunmuş ərazilərdən ilk reportajın da müəllifi REAL TV-nin xüsusi müxbiri oldu.

    Minamyot batareyasının uşaqları ilə döyüşdən sonra və yeni həmlə ərəfəsində onlardan müsahibə də aldıq. Gülləbarana da düşdük. Amma eyni zamanda mənim reportajlarıma, mətnlərimə ayrı-ayrı media cəhənglərinin quduz diş qıcamalarını da unutmuram. Sosial şəbəkələrdə məruz qaldığım murdarçılıqları, linçi, yəqin, sən də unutmamısan!
    Məmurların üzərinə məsuliyyət tolazlamaq ən asanıdır. Mən özüm də məmuram! MƏSULİYYƏTLİ MƏMUR! Özünəməxsus Məmur! Bir daha deyirəm: Bu gün belə dövlətin qələbəsini qanmayan, xalqın uğuruna paxıllıq edən zümrənin “cəbhədə nə oyun çıxara biləcəyini” təsəvvür etmək belə dəhşətdir!

    Siz olun jurnalistikada qalib, amma mən öz haqlılığıma güvənirəm. Dövlətin Ordusu qalib olmasa, onun heç bir istiqaməti qalib olmayacaq. O cümlədən Jurnalistikası! Təkrar edirəm: Biz Cəbhədə Qələbəni Tətbiq Edilmiş Bütün Üsulların Məcmusu kimi QAZANMIŞIQ! Deməli, medianın bu şəkildə çalışması da düzgün idi. Qalibləri mühakimə etmirlər!
    Amma bunu deməliyəm: TV HEÇ KİMƏ UDUZMUR, UDUZMAYACAQ DA! Gəlin daşıyıcıları yüklə qarışdırmayaq!
    Həmin platformalar elə teleməhsulları da daşıyır.

    Eynulla Fətullayev:
    Mən demədim ki, TV-lər uduzur. Həm də söhbət kiminsə udub-uduzmasından getmir. Klassik TV-lərin zamanı getdi. Bütün dünyada TV-lər artıq interaktivlik üzərində qurulur. TV ilə sosial şəbəkə bir-birinə bağlanır. Və bu proses həm Qərbdə, həm də Əl-Cəzirənin simasında Şərqdə gedir. Bizdə isə TV-lərlə sosial şəbəkə antaqonist platformada dayanıblar ki, bunun da xeyli səbəbləri var... Postsovet məkanında TV-lərin çöküşünü 2 jurnalist təsdiq etdi - liberal Qordon və totalitar Solovyov. İkisi də sosial şəbəkəyə köçüb.
    Məsələn, Qordon Mir Şahinin hələ 1998-1999-cu illərdə tətbiq etdiyi konsepsiyaya keçib. Parlaq şəxslərlə müsahibələr. Böyük uğur qazanıb bu layihə.
    Bütün dünya baxır Qordona. Verilişin adı yadımdan çıxdı.



    Həm də jurnalistika sosial şəbəkə kimi qloballaşır. Təxmin etmək olar ki, 10-15 ildən sonra regional jurnalistika modelinə keçid bitəcək. İki dil qalacaq - ingilis dili və rus dili. Bu regionlaşma və qloballaşma qaçılmazdır. Milli internet - bu məfhumun özü belə absurddur.
    İki dil bizim regionda - yəni Avroasiyada qalacaq.

    Mir Şahin:
    Çin, Tayvan müqayisəsi, məncə, tutarlı deyil, Eynulla. Biz gələcəyi proqnozlaşdırırıq. Sənin təqdim etdiyin gələcək SSRİ-Perestroykası, SSRİ Qlasnostu, SSRİ Uskoreniesi, V.Tsoyun mahnıları, Listyevin Razbaşlarıdır. O dünyagörüşü getdi! Gələcəyin içindəyik: bu gələcək “evdəqal!”dan, özününkünü qorumaqdan keçir! Bayaq dedim axı. Kosmopolit, hamıyaməxsusluq bugünkü jurnalistikanın kodeksi ola bilməz. Dövləti qorumaqdır əsas olanı. Qalanı təfərrüatdır.
    Mən Paşinyanın parlament seçkilərində  qələbə qazanmasını İlham Əliyevin müharibədə qələbə qazanması ilə müqayisə edən və “demokratiyanın” lehinə verdikt çıxaran əbləh hakimləri sadəcə rədd edirəm! Çünki bu, xəyanət və cinayətdir! TV, Radio, agentliklər, saytlar lokal mövzularda bütün maraqlı tərəfləri axtarmağa borcludurlar. Dövlətlə, onun maraqlarıyla bağlı məsələlərdə bircə tərəf var - Dövlət! Yeni media daşıyıcıları bu həqiqəti təkzib etmir. Mən Çaadayev deyiləm!

    Eynulla Fətullayev:
    Məsələn, o gün Elbrusun erməniyə müraciətini oxudum. İctimai ittiham idi. Amma bu müraciəti yalnız Bakıda və Biləcəridə oxudular, halbuki ən azı Yerevan və Moskvada oxunması vacib idi... Ona görə deyirəm ki, internetin milli variantı - cəfəngiyyat, özün bişirirsən, özün də yeyirsən.
    Mən 2021-ci ildə Çində cərəyan edən hadisələri nəzərdə tuturam. Orada hər an müharibə başlaya bilər.

    Mir Şahin:
    “Coding”. Bu barədə nə bilirik? Yəni Davos standartlarından baxanda. Yeni planetar ünsiyyət vasitəsi yaranır. Yeni zamanın uşaqları çox tez bir zamanda bu dili daşıyacaq!

    Eynulla Fətullayev:
    Evdə qal! - pandemiya bitən kimi də bitəcək. Dövləti qorumaq - DTX-nin və DİN-in işidir. Mənim işim deyil. Mənim işim təhlil edib, hadisələri qələmə almaqdır.

    Mir Şahin:
    Nə danışırsan sən, Əzizim? Dövlətdən itələnərək irəliləməliyik hər bir halda.

    Elbrus Ərud:
    Hər ikinizin arqumentləri ilə razılaşmamaq mümkün deyil. Eynullanın dedikləri “əslində necə olmalıdır”la bağlıdır. Mir Şahinin arqumentləri də Azərbaycan tərəfdən baxanda birmənalı qəbul edilməlidir. Ancaq düşünürəm ki, biz əlimizdə olanı, mövcud imkanları dəyərləndirməliyik. Ona qalsa, dünyada media fərqli standartlarla işləyir. Ancaq biz Prezidentin müharibə dövründə verdiyi müsahibələrdə ona suallar ünvanlanan zaman həmin ölkələrin maraqlarını gördükmü? Gördük.
    Yəni bütün dövlətlərdə və cəmiyyətlərdə, hansı regionda yerləşməsindən asılı olmayaraq, media dövlətin marağını qorumağa borcludur. Bu mənada mən bir qədər Mir Şahinin tərəfində durmaq istəyirəm. Ancaq Eynullanın da qorxularını başa düşürəm. Medianı, televiziyanı dövlətin maraqlarını qorumaq adı altında AzTV-nin durumuna da salmaq olmaz.
    Cəmiyyətin inkişafı  və irəli getməsi birmənalı şəkildə medianın azadlığı ilə bağlıdır. Bizim gələcəyimiz də tam bu istiqamətə gedir. “Sin Xua” və ya başqa bir nümunə bizə örnək ola bilməz. Azərbaycan cəmiyyəti digər bir çox sahələrdə olduğu kimi, bizim sahədə də dünyaya inteqrasiya edəcək və lazımi hədəfinə çatacaq. Hələlik isə məşhur ingilis yazıçısının dili ilə desək, həqiqəti bacardığımız qədər ifadə etsək, yaxşıdır. Bu mənada, Mir Şahinin dediyi ilə razıyam ki, əsas qorunmalı olan dövlətdir.

    Mir Şahin:
    Əziz Qardaşım! Mən də bayaqdan onu deyirəm: Dövləti qorumaq DİN və DTX kimi mənim də işimdir! Ona görə anlaşılmıram da burda.
    Pandemiya bitəcək, amma pandemiyaçılıq qalacaq! O özünün yeni-yeni ştammları ilə həyatımızın tərkib hissəsi olacaq! Və bu həmişə olacaq!
    Bilirsən, İnam Kərimovun ölkənin çobanları ilə görməli olduğu əsas iş hansıdır?
    Onları yapıncı və çomaqdan, “Çoban Bayatı”dan ayırıb elektron hökumətə öyrəşdirmək!
    Biz qloballaşmaya jurnalistləri yox, çoban qardaşlarımızı alışdırmalıyıq! İnkişafı gətirməliyik. Üçrəngli bayrağımızın çoxrəngli bayraq kimi rəqibi var! LGBT!

    Eynulla Fətullayev:
    Qətiyyən! Dünya tarixi bir həqiqəti təlqin edir - bütün qlobal böhranlardan sonra sıçrayışlar və inkişaflar qaçılmazdır. Biz böyük sıçrayışın astanasındayıq.

    Mir Şahin:
    İnkişaf və sıçrayış!!! Aha! Doğru!

    Eynulla Fətullayev:
    LGBT-nin nə dəxli var? Seksizmin inkişafa heç bir aidiyyəti yoxdur.

    Mir Şahin:
    Mən də elə düşünürəm: amma bu inkişafın dayaqları dövləti prioritetə çevirmək istinadında qurulmalıdır! Birbaşa dəxli var!

    Eynulla Fətullayev:
    Seksizm totalitar ölkələrdə də olub, baxmayaraq ki, SSRİ-də seksin olmadığını bəyan ediblər.
    Ən böyük LGBT elə orta əsrin Yaxın Şərqində yayılmışdı.

    Mir Şahin:
    LGBT Qız qalası təfəkkürü ilə yüz illər yaşayan xalqın gələcəyinə, mənim, sənin balalarımıza ölümcül mənəvi aqibət vəd edir!

    Elbrus Ərud:
    Barak Obamanın prezidentliyinin sonunda hesabatla çıxış edəndə səsləndirdiyi bir fikir yadıma düşür. O demişdi ki, prezident kimi ən böyük uğurlarından biri cinsi azlıqların nikahına icazə verməsi ilə bağlıdır. Bu, gözəldir. Amma Amerikanın həqiqətidir. Bizim də cəmiyyətimizdə LGBT-yə tolerant yanaşma ola bilər və bu kifayət qədər normaldır.
    Ancaq Barak Obamanın fəxr etdiyi şəkildə bizim də Prezidentin nə vaxtsa eynicinslilərin nikahına icazə verməsi ilə öyünəcəyinə inanmıram. Çünki bizim də, başqa cəmiyyətlərin də təbii olaraq min illər qoruyub saxladığı dəyərlər var. Bu mənada bayrağımızın da rənginə hansısa başqa rənglərin qatılacağı kimi bir təhlükə görmürəm. Bu arada, biz laqeydliklə tolerantlığı qarışdırmamalıyıq.

    Eynulla Fətullayev:
    Bir alman həmkarımın LGBT haqqında yaxşı sözü var - deyir, özləri bilər, amma öz evlərinin divarları çərçivəsində.

    Mir Şahin:
    Məndən ötrü bütün müstəqilliklər, azadlıqlar Dövlət müstəqilliyinə, Dövlət azadlığına çatanda bitir! Bayaq deyəndə ki daşıyıcılarla yükü qarışdırırıq, bax bunu, belə faktları nəzərdə tuturdum!
    O ki qaldı müharibədən operativ xəbər çatdırmağa: Sənə və Elbrusa söz verirəm: MDB məkanında bizə aid olmayan  istənilən müharibədən ən operativ xəbəri Biz çatdıracağıq! Bizimlə bağlı isə ən vacib və ən vaxtında!!!

    Eynulla Fətullayev:
    Bizə lazım olmayan müharibələrdən xəbərləri daha peşəkar jurnalistlər çatdırır. Dünyanın və regionun, oxucuların buna ehtiyacı yoxdur.

    Mir Şahin:
    Eynulla, Dost, Qardaş, Həmkar! QALİB ALİ BAŞ KOMANDAN bu informasiya siyasəti ilə uddu!!! Nə lazımdı sənə!?

    Eynulla Fətullayev:
    O, başqa məsələ. Malı-mala qatma. Vətəndaş kimi məni qane edir, jurnalist kimi yox.

    Elbrus Ərud:
    Dostlar, məncə ilk müzakirəmiz çox faydalı keçdi. Bizim məqsədimiz hansımızın haqlı olub-olmadığını üzə çıxarmaq yox, medianın durumuna öz baxışlarımızı göstərmək idi. Həqiqət bizim hansımızınsa dediyində ola da bilər, olmaya da. Və ya biz indi danışdığımız kimi işləməyə də bilərik. Əsas biz necə düşünürük, prosesləri necə görürük – onu çatdırmaq idi. Düşünürəm ki, bu mənada ilk müzakirəmiz nəticəli alındı./qafqazinfo

    Oxunub: 322
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.