Azərbaycanda gizli izlənilən jurnalistlər və fəallar - Sevinc Vaqifqızı “Çətin sual" qarşısında /VİDEO

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yayıb.
Əldə olunan dəlillərə görə, Azərbaycan jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib.
50.000-dən çox telefon nömrəsinin yer aldığı sızdırılımış siyahıdan hələ ki müəyyən edilən 245 Azərbaycan mobil nömrəsindən 50-dən çoxu müxbir, redaktorlar və ya media orqan sahiblərinə məxsusdur.
İzlənmə siyahısında olan jurnalistlərdən biri Sevinc Vaqifqızı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışıb. Həmin videonu təqdim edirik:
Oxunub: 534
Xəbəri paylaş
Paylaş: