Kim Çen In gənclərə xəbərdarlıq etdi:
"Ya həbs, ya da edam..."
Bundan sonra dildə xarici jarqonlardan istifadə edənlər, habelə Cənubi Koreya, Yaponiya və ABŞ mediasından məhsul alanlar ya həbs, ya da edam olunacaq.
Şimali Koreya dövlət mediası gənclərə başda Cənubi Koreya olmaqla, xarici jarqonlardan istifadə etməməklə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda Cənubi Koreya modası, saç stilləri və musiqisindən uzaq durmaq istənilib. Qeyd edilib ki, xəbərdarlığa əməl etməyənlər həbs və ya edam cəzasına qədər cəzalandırıla bilər.
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: