ABŞ Dövlət katibi və Melaniya Tramp azərbaycanlı vəkilə mükafat təqdim etdilər
Azərbaycanlı vəkil Şəhla Hümbətova “Cəsarətli qadınlar” illik mükafatının (IWOC) on iki qalibindən biri olub.
Bu barədə “Azadlıq” radiosu xəbər yayıb.
Martın 4-də Vaşinqtonda keçirilən təqdimat mərasimində ABŞ-ın Dövlət katibi Mayk Pompeo və bu ölkənin birinci xanımı Melaniya Tramp iştirak ediblər.
Qeyd edək ki, 2007-ci ildən ABŞ Dövlət katibinin mükafatı bütün dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda mübarizədə çox vaxt risk və təhlükəyə məruz qalaraq müstəsna cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.
Onu da qeyd edək ki, Şəhla Hümbətova 2013-cü ildən vəkil kimi fəaliyyət göstərir.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: