Gürcüstanda daha 2 261 nəfərdə koronavirus aşkarlanıb -
18 nəfər ölüb
Gürcüstanda son sutkada koronavirusa 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 410 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən 24 saat ərzində daha 18 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 395 621 nəfərdə aşkarlanıb. Onların 369 483-ü sağalıb, 5 636-sı isə dünyasını dəyişib.
Aktiv xəstə sayı 20 476 nəfər təşkil edir.
Oxunub: 359
Xəbəri paylaş
Paylaş: