Paşinyan Azərbaycan sərhədinədək yolların təmirinə göstəriş verdi

Rəsmi İrəvan Ermənistan ərazisində İran və Azərbaycan sərhədinə gedən yolların təmir olunmasına qərar verdi.
Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında bu haqda bildirib.
O deyib ki, Ermənistan hökuməti 2021-ci ildə avtomobil yollarının yenidən qurulması üçün 8,9 milyard dram (təqribən 18,3 milyon dollar) ayırma qərarı verdi.
Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyannın sözlərinə görə, bu vəsaitdən istifadə edərək uzunluğu 50,7 km olan yolların təmiri planlaşdırılır ki, bunlardan da 44,9 km-i dövlətlərarası, 1,7 km-i respublika, 4,19 km-i bölgələrarası yollardır.
Baş nazir əvəzi Nikol Paşinyan, xüsusən dövlətlərarası əhəmiyyətli İrəvan-Yerasx-Gorus-Mehri-İran sərhədi, İrəvan-İcevan-Azərbaycan sərhədinədək avtomobil yollarının inşası və modernləşdirilməsi barədə nazirliyə göstəriş verib.
Paşinyan böyük hazırlıqlar getdiyini deyib: “Böyük planlarımız var, lakin mövcud tikinti potensialı proqramları tam miqyasda həyata keçirməyimizə imkan vermir, bununla əlaqədar beynəlxalq tərəfdaşları və diasporanın tikinti təşkilatlarını bu genişmiqyaslı investisiya proqramında iştirak etməyə dəvət edirik”.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: