Azərbaycanda son sutkada koronavirusa 212 nəfər yoluxub - 1 nəfər ölüb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 339 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 629 nəfər müalicə olunaraq sağalıb, 4 999 nəfər vəfat edib. 2 646 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 655, bu günə qədər isə ümumilikdə 3 943 568 test icra olunub.

Oxunub: 161
Xəbəri paylaş
Paylaş: