Rusiyanın bu silahı NATO-ya meydan oxuyur -
Larson
Dünyanın ən müasir zenit-raket kompleksi S-500 NATO-ya meydan oxuyur.
Bunu “19FortyFive” saytının şərhçisi Kaleb Larson yazıb. “Sistem istənilən hündürlükdə və sürətdə hava hücum silahlarının hamısını vura bilər. S-400 kimi yeni kompleks də təyyarə və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. Amma bütün hallarda S-500 S-400-dən daha güclü texnikadır. Bu silahın hipersonik raketləri vurma qabiliyyəti doğrudursa, o zaman bu, NATO üçün yeni problem yaradacaq”, – müəllif bildirib.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: