Dövlət xidmətinin idarə rəisi həbs olunub -
General-polkovnikin bacısı oğludur
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev həbs edilib.
Bu barədə Gununsesi.info xəbər verir.
Məlumatda bildirilir ki, V.Babayev rüşvət ittihamı ilə saxlanılıb.
Bir neçə saat əvvəl Bakı Hərbi Məhkəməsi tərəfindən Vüsal Babayev barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
Sayt onu da bildirir ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
***
Baş Prokurorluqdan Report-un sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.