Rusiyada COVID-19-dan ölənlərin sayı 153 mini keçib
Rusiyada son sutka ərzində daha 23 947 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
TASS-ın verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 102 469 nəfərə çatıb.
Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 153 095 nəfərə çatıb.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: