Rusiyada yüksək vəzifəli erməni polis güllələnərək öldürülüb
Məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilir ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirmiş. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, orada ölüb.
Qətlin törədilməsi ilə bağlı 1977-ci ildən anadan olan Zaurbek K. barəsində axtarış elan edilib.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: