ORDUMUZUN CAVAB ZƏRBƏLƏRİ DAVAM EDİR -
Şəhidimizin qisası alınır /Yenilənib
Dünən saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda şəhid edilən gizir Yaqublu Fərman Telman oğlunun qisası alınır.
Ermənistan mətbuatı xəbər verir ki, artıq 2 erməni hərbiçisi məhv edilib, 3-ü isə ağır yaralanıb.
Məlumatda ötən gün Kəlbəcərdəki öldürülən və yaralanan erməni hərbçilərin adları da açıqlasnıb:
1. Arman G. Atasyan (çağırışçı) - komaya düşüb
2.Lernik Genrixovich Navoyan (müqaviləli əsgər) - ağır yaralı
3. Yarik Aşotoviç Ohanyan (müqaviləli əsgər) - yaralı
4. Arsen Mirzoyan (1986) Leytenant - məhv edilib (guya qəzada ölüb)
5. Ararat Aleksanyan (1991) müqaviləli əsgər - məhv edilib (guya qəzada ölüb)
Ümumilikdə, ermənilərin alçaq təxribatına cavab olaraq, təsdiqlənmiş məlumata görə, cəza əməliyyatının yalnız 1 günündə 5 hay sıradan çıxarılıb. Qisas davam edir!
***
Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb. Düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi.
Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb: “Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan hərbçimizin vəziyyəti kritikdir. O hazırda Vardenisdə (Basarkeçər) əməliyyat olunur”.
Erməni hərbçinin başından güllə yarası aldığı bildirilir./modern.az