Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Əli Həsənovun ailə şirkətlərinin vergi borcu - SİYAHI
  • Sənədsiz evlərlə bağlı mühüm xəbər
  • Sabit qəbz olmadan onları işə götürənlər altı min manat cərimələnəcək - RƏSMİ
  • 24 bələdiyyə sədrinə cinayət işi açılıb - RƏSMİ
  • Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
  • İkibaşlı problem: Sənədsiz evlərdən əmlak vergisi alınmalıdırmı? - ARAŞDIRMA /FOTO

    • Tarix: 25-07-2021, 10:40


    Abşeron rayonunun bir qrup sakini bu günlərdə “Kaspi” qazetinin redaksiyasına müraciət edərək, yerli idarəetmə orqanları tərəfindən qanunsuz olaraq vergiyə cəlb olunmalarından şikayətləniblər.
    "Kaspi" qəzeti xəbər verir ki, bələdiyyələr tərəfindən onlara bildirişlər təqdim olunub.
    Həmin bildirişlərdə konkret ünvan və maddə göstərilmədən Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Qanunlar, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” sadalanır.

    Sakinlərdən tələb olunur ki, bu və digər qanunvericilik aktlarına uyğun işlərin həyata keçirilməsinin təmin olunması, yerli (bələdiyyə) vergilərin (əmlak və torpaq üzrə) və ödənişlərin müəyyən edilməsi, sənədlərin arxivləşməsi istiqamətində işlərin aparılması məqsədilə uçota alınması və ödəniş kodlarının verilməsi üçün torpağın, evin sənədləri, bunlar yoxdursa, eskiz layihə və ölçülər qeyd edilməklə vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti 5 gün ərzində bələdiyyəyə təqdim olunsun.

    Hər bir belə bildirişdə, onu təqdim edən yerli özünüidarəetmə orqanının adı, ünvanı, əlaqə telefonları, bələdiyyə sədrinin ad-soyadı, həmçinin vergi şöbəsinin müdiri kimi təqdim olunan Ceyhun adlı şəxsin mobil telefon nömrəsi qeyd olunur.


    Naəlac qalan sakinlər

    Eyni standart mətnin əks olunduğu belə bildirişlər Mehdiabad və Masazır sakinlərinə evbəev paylanılır. Maraqlı məqam burasındadır ki, Mehdiabad Bələdiyyəsi ərazisində yaşayan sakinlərə təqdim olunan bildirişlərdə bələdiyyə sədri Vüqar Hüseynovun ad-soyadı, imzası və möhürü olduğu halda, eyni mətnlə Masazır Bələdiyyəsi tərəfindən verilən bildirişdə bələdiyyənin vergi şöbəsinin müdiri Ceyhun İsmayılovun ad-soyadı, imzası və bələdiyyənin möhürü əks olunub.

    Belə bildirişləri alan sakinlərdən bir qrupu iddia edir ki, yerli özünüidarəetmə orqanları vətəndaşların mülkiyyət hüququnun tanınması, daşınmaz əmlaklarının müvafiq sənədlərinin hazırlanması üçün sakinlərə heç bir hüquqi və mənəvi dəstək olmur, hər hansı maarifləndirmə işi aparmır. 

    Yəni vətəndaşın aldığı torpağın, tikdiyi evin sənədləri olmadığı halda, o, əmlak və torpaq vergisinə cəlb olunur. Hüquqi baxımdan sənədləşməsi qaydasında olmayan mənzillərdən vergi adı altında yığılan pulların necə və haraya xərclənməsi də vətəndaşları düşündürən suallardandır. 
    Çünki həm Mehdiabadda, həm də Masazırda məhəlləarası yolların asfalt örtüyünün, kanalizasiyanın olmamağı və sair bu kimi problemlər uzun illərdir vətəndaşları qayğılandırır. 
    Sakinlər iddia edirlər ki, bu problemlərin həlli üçün dəfələrlə bələdiyyələrin qapısını döysələr də, onlara ya yalançı vədlər verilir, ya da “bizim səlahiyyətimiz çatmır, icra hakimiyyəti orqanlarına müraciət edin” deyib yola salırlar. Nəticə etibarilə heç bir real iş görülmür. 

    Naəlac qalan sakinlər öz ciblərindən pul xərcləyib kanalizasiya xətti çəkir, məhəllə arası yollara asfalt, çınqıl tökdürür, zığdan, palçıqdan canlarını qurtarırlar. Təbii olaraq, bu kimi hallar vətəndaşları düşündürür, haqlı narazılıqlara səbəb olur və heç bir əməli fəaliyyəti, səlahiyyəti olmayan bələdiyyəyə hər hansı ödənişlərin edilməsi yubanır.


    Qanunlar nə deyir?

    Vətəndaşların müraciətini araşdırarkən, öncə bildirişdə adı xüsusi qeyd olunan Vergi Məcəlləsinə nəzər saldıq. Məcəllənin I fəslinin Ümumi müddəalarının 8-ci Maddəsi Yerli vergiləri (bələdiyyə vergiləri) əhatə edir. Bildirilir ki, Yerli vergilər (bələdiyyə vergiləri) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq və əmlak vergilərindən ibarətdir. 
    Məcəllənin Vergi dərəcələri adlı 206-cı Maddəsinin 1-0 bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. 
    Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 
    206.3. bəndində isə göstərilir ki, bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq dərəcələr tətbiq olunur: Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 10000 m²- dək olduqda 0,5 AZN, 10000 m²-dən yuxarı olan hissə üçün 1,0 AZN, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) 10000 m²- dək olduqda 8 AZN, 10000 m²- dən yuxarı olan hissə üçün 16 AZN.

    Şikayət olunan tərəf susur

    Qanunvericiliyə istinad etməklə yanaşı, qarşı tərəfin də mövzuya dair fikrini öyrənmək, sakinlərin irad və iddialarını bələdiyyələrin təqdim etdikləri bildirişlərdə vergi şöbəsinin müdiri kimi qeyd olunan Ceyhun adlı şəxsin diqqətinə çatdırmaq, məsələyə aydınlıq gətirmək, obyektiv yanaşma ortaya qoymaq üçün (050) 744-13-98 mobil telefon nömrəsinə dəfələrlə zəng vurduq. Təəssüf ki, zənglərimizə cavab verən olmadı. 


    Narazılığın kökündə sənədsiz evlər problemi dayanır
     
    Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli mövzu ilə bağlı deyib ki, ortaya çıxan narazılığın kökündə sənədsiz evlər problemi dayanır. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumu bu məsələnin həllinə həssas yanaşmalıdır:
    “2008-ci ildə ABŞ-dan Azərbaycana bir mütəxəssis dəvət etmişdik. O, Amerikadakı böyük bir qurumun - Əmlakçılar Assosiasiyasının prezidenti idi. Həmin mütəxəssis buradakı əmlakçılara təlim keçirdi. Ona sual verdim ki, ABŞ-da sənədsiz evlər məsələsi necə həllini tapır?

    Təsəvvür edin, sənədsiz evlərin nə demək olduğunu ona yarım saat ərzində başa sala bilmədim. Çünki onlarda elə bir sistem qurulub ki, hər hansı tikinti tikmək zərurəti yaranan zaman müvafiq qurum əraziyə baxış keçirir, ölçüb-biçir, lazımi sənədləşmə işi aparır və tikintiyə start verilir. 

    Deməyim budur ki, normal ölkələrdə "sənədsiz evlər” termini və problemi olmur. Əgər kimsə hər hansı bir evdə yaşayırsa, həmin evdən istifadə edirsə, müvafiq qurum gəlib yerində lazımi işlər görməli, tələb olunan sənədləri hazırlayıb vətəndaşa təqdim etməlidir. Bu, birmənalıdır”.


    Ekspertin sözlərinə görə, qanunlara istinad etsək, əgər vətəndaşın yaşadığı evin hüquqi baxımdan sənədləri hazır deyilsə və ya yoxdursa, o, hər hansı əmlak vergisinə cəlb oluna bilməz:
    “Lakin bunun digər tərəfi də var. Nəzərə alaq ki, Azərbaycanda, xüsusən də Abşeron yarımadasında çoxlu sayda sənədsiz evlər var və onlardan istifadə olunur. Həmin ərazilərdə bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin öz fəaliyyətini qurması, öhdəliklərini yerinə yetirməsi üçün müəyyən xərclər var. Bu xərclərin qarşılanması üçün torpaq və əmlak vergisi müəyyən edilib. Vətəndaşlar bu vergiləri ödəməsələr, bələdiyyələr fəaliyyətlərini necə quracaqlar?
    Bütün bunları nəzərə alanda, görürsən ki, problemin iki "başı” var. Vətəndaş deyir evimin sənədi yoxdur və qanunla əmlak vergisinə cəlb edilə bilmərəm. Ancaq illərdir o evdə yaşayır və haqlı olaraq bir sıra yerli problemlərin həllini bələdiyyədən tələb edir. Bələdiyyə isə yerli vergiləri toplaya bilmədiyi üçün büdcəsini formalaşdıra, fəaliyyətini tam qura, üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. 
    Məntiqlə yanaşsaq, əmlak vergisi ödənməlidir. Vətəndaş vergini vaxtlı-vaxtında ödəməli, daha sonra yapışmalıdır bələdiyyənin yaxasından və tələb etməlidir ki, zəhmət çək, problemləri həll et”. 

    Vətəndaşlar süründürməçilik hallarından əziyyət çəkirlər

    “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd edib ki, vətəndaşın bələdiyyəyə ödədiyi vergi, nəticə etibarilə onun xeyrinə xərclənir, yerlərdəki problemin həllinə yönəlir:


    “Vətəndaş öz əmlakını sənədləşdirmək üçün təşəbbüslə çıxış etməli, lazımi addımlar atmalıdır. Amma məsələ budur ki, vətəndaş cəhd etsə də, istədiyinə nail ola bilmir.
    Torpağın, mənzilin çıxarışını, texniki pasportunu almaq üçün aidiyyəti qurumlara müraciət edən vətəndaşlar süründürməçilik hallarından əziyyət çəkirlər. Müxtəlif süni maneələrin yaradılması səbəbilə çoxsaylı vətəndaşlar, illərdir yaşadığı evlərin sənədləşməsini təmin edə, daşınmaz əmlakının hüquqi baxımdan sahibi ola bilmir. 
    Abşeron ərazisində yüzlərlə, minlərlə sənədsiz evin olması da buna əyani misaldır. O ki qaldı belə evlərin əmlak vergisinə cəlb olunmasına, qanunla bu, mümkün deyil. Ancaq vətəndaş illərdir o evdə yaşayırsa, yerli bələdiyyənin xidmətlərindən faydalanırsa, əmlak vergisini ödəməli, yerli özünüidarəetmə orqanının fəaliyyətinin təşkilinə öz töhfəsini verməlidir. Çünki vətəndaşın bələdiyyəyə ödədiyi vergi, nəticə etibarilə onun xeyrinə xərclənir, yerlərdəki problemin həllinə yönəlir”.


    Oxunub: 417
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.