Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ermənilərin bugünkü Qazax təxribatının səbəbi - Türk ekspert
  • Rusiya Ermənistanı müharibəyə hazırlayır - Türkiyə televiziyaları reportaj yayımlayıb /VİDEO
  • “Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub”- İlham Əliyev
  • "BİZ HƏR ŞEYİ GÖRÜRÜK, XANKƏNDİNİ DƏ, DƏHLİZİ DƏ..."- İlham Əliyev
  • Orada terrorçu qeydə alınsa, türk hərbçilər…- Politoloq
  • “Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa, onlar da...”- Deputat Vahid Əhmədov

    • Tarix: 25-07-2021, 13:17



    Milli Məclisin deputatı Vahid Əhmədovun Azpolitika-ya müsahibə verib. Globall.az həmin müsahibəni təqdim edir: 

    – Vahid müəllim, Ermənistanın dövlət sərhədində atəşkəsi mütəmadi pozması, təxribatlara əl atması fonunda Prezident İlham Əliyevin Moskva səfəri baş tutdu. Azərbaycan Prezidentinin Moskvada həmkarı Vladimir Putinlə apardığı müzakirələr, verilən ilkin açıqlamalarla bağlı təəssüratınız nədir?

    – Ümumən son dövrlər müəyyən xəbərlər dolaşır, ermənilər mütəmadi olaraq Şuşa, Kəlbəcər istiqamətində atəşkəsi pozur, təxribatlar törədirlər. Əlbəttə, bunlar yaxşı hal deyil. Çünki orada əgər rus sülhməramlıları oturubsa, bu kimi halların qarşısını almalıdır. İkincisi, orada Monitorinq Mərkəzi var. Bu mərkəzdə həm türk, həm də rus hərbçiləri işləyirlər. Onlar da buna imkan verməməlidir.

    Hesab edirəm ki, rus hərbçilərinin orada oturmasına baxmayaraq, erməni silahlı dəstələri var və onlar bir yerdədirlər. Başqa fikir deyə bilmərəm. Əgər orada sülhməramlı varsa, onların yanından atəş açılırsa, deməli bəlli məsələdir. Müharibədən əvvəlki illərdə atəşkəs həmişə pozulub. İndi orada sülhməramlılar var, amma fakt odur ki, son dövrlər atəşkəsə erməni tərəfi əməl etməyib.
    Bunun qarşısını sülhməramlılar almalıdır, çünki bu, onların birbaşa vəzifəsidir. Hesab edirəm ki, belə bir ərəfədə Azərbaycan Prezidentinin Rusiyaya səfəri çox önəmli idi.
    Çünki bundan əvvəl Ermənistan Baş naziri Rusiyada olub, bir sıra məsələləri müzakirə edib. Bu müzakirələrin davamı olaraq Prezident Əliyev Moskvada müəyyən müzakirələr aparıb.

    Birincisi, 10 noyabrda imzalanan üçtərəfli bəyannamə yerinə yetirilmir. Zəngəzur dəhlizi ilin sonuna qədər açılmalıdır. Eləcə də kommunikasiya, nəqliyyat yollarının açılması məsələsi var. Yəni bu istiqamətdə müəyyən problemlər, maneələr var və bu səbəbdən məsələ öz həllini tapmayıb.
    İkincisi, atəşkəslə bağlı problemlər var.
    Rus sülhməramlılar atəşkəsin saxlanılması məsələsində addım atmırlar və bu təxribatlar davam edir. Bizi narahat edən bu məsələ normalda Rusiyanı da narahat etməlidir. Çünki atəşkəsin pozulması daima baş verə bilməz, nəzərə alınmalıdır ki, bu halda Azərbaycan sərt qərarlar verə bilər.

    Diqqət etdinizsə, Prezidentin Rusiya səfəri zamanı iqtisadi məsələlərə də xüsusi diqqət yetirildi. İqtisadiyyatın inkişafı, iki dövlət arasında əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-kommunikasiya vasitəsilə malların daşınması və s məsələlər. Amma bütün bunlarla bərabər sözsüz ki, bağlı qapılar arxasında çox ciddi məsələlər müzakirə edilib.
    Bundan əvvəl cənab Prezident Avropa Birliyi İttifaqının rəhbəri ilə görüşmüşdü, orada da müəyyən məsələlər müzakirə olunmuşdu. Əlbəttə, ermənilər dinc dayanmırlar, onlar xaricdəki diaspora strukturunun fərqli ölkələrdə söz sahibi olmasından istifadə edərək Azərbaycana təzyiqlərin edilməsinə çalışırlar. Lakin Azərbaycanın mövqeyi aydındır, heç bir təxribata gedən deyilik, ərazi bütövlüyümüz vacibdir.

    Həmçinin söhbətlər gedir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Sözsüz ki, əsas məsələlərdən biri Azərbaycan ərazi bütövlüyünün tanınmasıdır. Digər tərəfdən, Qarabağda hər hansı statusdan söhbət gedə bilməyəcək. Ona görə də, ermənilər bunu imzalamaq istəmir, vaxt uzadır və atəşkəsi pozurlar.
    Əlbəttə, məsələlər çox ciddi və narahatedicidir. Biz ayıq və hazır olmalıyıq. Baxıram, bəzən partiya rəhbərləri, politoloqlar, mütəxəssislər III Qarabağ müharibəsi haqqında danışırlar. Hər şey ola bilər, lakin mən inanmıram ki, indiki şəraitdə III Qarabağ müharibəsi baş verə bilər. Çünki ermənilər darmadağın olunub, onların durumu heç də yaxşı deyil.
    Mən baxdım, Avropa Birliyi Ermənistana milyardlarla yardım ayırıb. Müəyyən məsələlər, layihələrlə əlaqədar olaraq. Bir sözlə, məsələlər ciddidir və biz də daima hazır olmalıyıq. Bizim əsas məqsədimiz nədir? Ərazi bütövlüyümüzü bərpa edək, bundan sonra qalan məsələlərə baxaq.

    Dövlət başçısı da xalqla açıq danışır. Bəyan edib ki, Zəngəzurla bağlı məsələ həll edilməlidir, buralar tarixi Azərbaycan əraziləridir. Ermənilər narahatdırlar. Çünki biz sabah bu ərazilərə iddia edə bilərik. Əgər sən Qarabağa iddia edirsənsə, torpaqlarımızı 30 il işğal altında saxlamısansa, bunu biz nədən etməyək?!

    – Moskva görüşündə Prezident Putin problemin həlli üçün kompromisin lazım olduğuna işarə etdi. Sizcə, Azərbaycan hansı kompromislərə gedə bilər?

    – Nə kompromis? Biz vaxtında buna getmişik. Kompromis nə ola bilər? Sülh sazişi imzalanar, bundan sonra da Azərbaycanın ərazi bütövlüyü tanınar. Ermənistan Qarabağdan birdəfəlik imtina etsin.
    Onsuz da nə qədər çalışsalar da, onlara kömək etsələr də, xeyri yoxdur. Kompromis odur ki, Ermənistan dövlət kimi qalmaq və yaşamaq istəyirsə, əlaqə yaratmalı, münasibətlər qurmalı, kommunikasiya xətləri açılmalıdır. Hər şey Ermənistandan asılıdır.

    – Rusiyanın indiki mövqeyini necə qiymətləndirirsiniz, bu dövlət regionda sabitliyin yaranması və Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasında nə dərəcədə maraqlıdır?

    – Mən Rusiyanın mövqeyini çox pis qiymətləndirirəm. Nəyə görə? Əgər sülhməramlıları əraziyə yerləşdirmisənsə, Azərbaycan dövləti buna icazə veribsə, sən də sülhməramlı missiyanı yerinə yetir. Birincisi, imzalanan bəyannamədə göstərilir ki, həmin ərazidə bir erməni silahlısı belə qalmamalıdır.
    Başqa sözlə, orada təxribatçılar olmamalıdır. Ancaq var və atəş açırlar. Sülhməramlı faktiki öz missiyasını yerinə yetirmir. Odur ki, mən narazıyam. Burada söhbət ancaq Putindən getmir. Fransa, ABŞ kimi dövlətlər, Avropa Birliyi var. Sözsüz ki, onların da Ermənistanla münasibəti var. Yəni hamısı bir yerdə oyun oynayırlar.
    Ancaq mən bir daha qeyd edirəm, heç vaxt inanmamışam ki, Rusiya bu məsələdə bizə müsbət mənada köməklik etsin. Düzdür, strateji müttəfiqimizdir, iqtisadi əlaqələri inkişaf etdiririk. Cənab Prezidentin də qeyd etdiyi kimi, siyasi münasibətlər pis deyil. Amma bizimlə açıq oynamaq lazımdır. Bunların xoşuna gəlməyən bilirsinizmi, nədir?
    Azərbaycan dövlət başçısı müstəqil siyasət aparır. Diqqət etsəniz görərsiniz ki, Ermənistan həm Avropa, həm Rusiya, həm ABŞ-la oynayır və çalışır ki, onlardan istifadə etsin. Amma Paşinyanın üzü Qərbə tərəfdir. Biz bunu bilirik. Avropa ona 2,6 milyard avronu təsadüfən ayırmayıb. Bunların hamısı oyunların bir hissəsidir. Rusiya da oyunlarda iştirak edir. Biz indi siyasəti balanslaşdırmaq və lokallaşdırmaq üçün münasibətləri korlamırıq.

    Əsas faktor həm də Türkiyə dövlətidir. Türkiyə dövləti maraqlıdır ki, regionda stabillik olsun, Azərbaycanın ərazi bütövlüyü məsələsi təmin olunsun, Zəngəzur dəhlizi açılsın, “İpək Yolu” işə başlasın və s. Bunların hamısı dərin siyasətdir. Bizim üçün belə siyasət yürütmək o qədər də asan deyil.

    Lakin dövlət başçısı müstəqil siyasət aparır və çalışır ki, ərazi bütövlüyümüzü tamamilə bərpa etsin, delimitasiya və demarkasiya prosesini sona çatdırsın və heç bir problem də olmasın. Lakin onlar bunu istəmirlər, yenə də ərazi iddiasındadırlar. Başqa sözlə, yeni dəmir yumruğa ehtiyacları var.

    – Aydındır ki, Azərbaycan lideri Moskvada sülh müqaviləsi, sərhədlərin delimitasiya məsələsini də qaldırıb. Ən azından Prezidentin Moskvada “münaqişədən sonrakı dövrün ağrısız keçməsinə tərəfdarıq” ifadəsi göstərir ki, Bakı sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin imzalanması, kommunikasiya xəttlərinin açılmasına dair qətiyyətli mövqeyə malikdir. Bəs Rusiya necə, sizcə sülh müqaviləsinin imzalanmasında maraqlıdırmı?

    – Rusiya Qarabağ məsələsinin həllində maraqlı deyil. Səbəbi də sadədir. Rusiya sülhməramlı adı altında orada oturub, faktiki Azərbaycan və Ermənistana diktə edir. Lazım gələndə Ermənistana deyir ki, başlayın atəş açmağa. Budur siyasət. Siyasətin elə qapalı hissəsi var ki, biz onları bilmirik.
    Cənab Prezident istəməzdimi ki, sərhəd məsələləri daxil olmaqla, bütün problemləri həll etsin və məsələ birdəfəlik qapansın? Biz bilmədiyimiz məsələlər var. Bağlı qapılar arxasında elə müzakirələr olur ki, bizlər bunu bilmirik, amma tarix keçdikcə aydınlığa çıxacaq.

    – Sizin fikirlərinizdən belə çıxır ki, indiki mərhələdə nə Ermənistan, nə də Rusiya sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bu halda proseslər hansı istiqamətdə gedə bilər?

    – Prezidentin irəli sürdüyü təklifdə sülh müqaviləsinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün tanınması, onların Qarabağdan tamamilə imtina etməsi nəzərdə tutulur. Sözsüz ki, Ermənistan buna razı deyil. Elə Rusiya da bunu arzu etmir. Çünki əsgəri oradadır, nə lazımdırsa tikir, Laçın dəhlizi də əllərindədir, nə istəyirlər aparıb-gətirirlər.

    Bu halda biz çalışmalıyıq ki, bunu danışıqlar və təzyiqlər vasitəsilə həll edək. Yuxarıda qeyd etdiyim kimi, bəzi mütəxəssislər müharibə ehtimalı haqqında danışır, mən bunu istisna etmirəm. Amma III Qarabağ müharibəsi əlavə xərc, insan itkisidir. Ütəlik, bu nə dünyaya, nə də bizə lazım deyil. Onları başa salmaq da mümkün deyil.
    Paşinyan qanuni Baş nazir vəzifəsinə əyləşdikdən sonra görək özünü necə aparacaq. Sülh sazişi əsas iki məsələni həll edir. Azərbaycanın ərazi bütövlüyü məsələsini və Qarabağın statusu haqqında iddiaların rədd edilməsi.
    Qarabağda da kim istəyir yaşasın, heç bir problem yoxdur. Sərhədlər poblemini həll edib bitirmək lazımdır. Bundan sonra bir çox məsələ avtomatik həll olunur.

    – Naxçıvan istiqamətində son təxribatdan sonra ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayaraq tərəfləri atəşkəs rejiminə əməl etməyə səslədi. Sizcə, ABŞ bu mərhələdə nə istəyir, nədən narazıdır?

    – Əslində ABŞ-ın nə istədiyini hamımız bilirik. Eləcə də Fransa və Rusiyanın. Bu ölkələrin səfirlərinin Şuşaya getməməsi onu göstərirdi ki, qapı arxasında hansısa planlar var. Baxırlar ki, bunu necə etsinlər, hansı formada hazırlasınlar. Azərbaycan artıq öz istəyinə böyük ölçüdə nail olub.

    Bu saat Şuşa başda olmaqla işğaldan azad edilən rayonlarda yollar çəkilir, hava limanları tikilir. Bunlar elə-belə işlər deyil. Əgər Paşinyan, Koçaryan, Sarqsyan nəsə düşünürsə, bunlar sadəcə xülyalardır. Azərbaycan deyir ki, gəlin ərazi bütövlüyümüzü tanıyın, Qarabağın statusu iddiasından imtina edin, sərhədlərimizi quraq və sonra işləyək. Nə problem var…
    Eyni fikri Türkiyə, Pakistan da deyir. Bəli, dünyada bəzi ölkələr var ki, Ermənistanı müdafiə edirlər. Bunların hamısı siyasi oyunlardır. Biz ordumuzu gücləndirməli, müasir silahlarla təmin etməliyik, onun təminatında problem olmamalıdır.
    Sərhədlərimizi tədricən bərpa etməli, hava hücumundan müdafiə sistemlərini elə qurmalıyıq ki, bir quş belə Azərbaycan ərazisinə daxil ola bilməsin.

    Oxunub: 514
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.