Ərdoğan 2023-cü il hədəflərini açıqladı: “Suriyadan Liviyaya, Şərqi Aralıqdan terrorla mübarizəyə..."
Türkiyə Respublikasının müstəqilliyinin 100-cü ildönümünə - yəni 2023-cü ilə iqtisadi, hərbi, siyasi və diplomatik baxımdan daha güclü, suveren ölkə olaraq girməkdə qərarlıyıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyadan Liviyaya, Şərqi Aralıqdan terrorla mübarizəyə qədər fərqli bölgələrdə əldə etdiyimiz uğurlar, haqq və mənfəətimizi qoruma mövzusundakı iradəmiz ən açıq nümunədir. Türkiyə bu mübarizədə heç bir qüvvənin şantaj dilinə boyun əyməyərək, beynəlxalq hüquq normaları çərçivəsində haqlarını müdafiə etməkdə davam edəcək”, - Ərdoğan bildirib.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: