Rusiyada son sutkada COVİD-19-dan daha 779 nəfər ölüb
Rusiyada son sutka ərzində daha 24 072 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
APA-nın Operativ Qərargaha istinadla verdiyi məlumata görə, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 6 126 541 nəfərə çatıb.
Son sutka ərzində 779 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 153 874 nəfərə çatıb.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: