“Ukrayna ABŞ-ın maliyyə köməyinin həcmi üzrə beşliyə daxildir”-
Dövlət Departamenti
Ukrayna hər il Amerika Birləşmiş Ştatlarından (ABŞ) 750 milyon dollar alır və ABŞ dəstəyinin həcminə görə, 5 ölkə sırasına daxildir.
Bu barədə iyulun 25-də ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili, dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Corc Kent xəbər verib.
«Bizim Konqres hər il müxtəlif sahələri dəstəkləmək üçün Ukraynaya 750 milyon vəsait ayırır. Dörd, maksimum 5 digər ölkə var ki, bizdən hər il belə dəstək alır» - O, «Azadlıq Radiosu»na müsahibəsində bildirib.
Kentin sözlərinə grə, Kiyevə olan köməyin həcmi ondan asıl deyil ki, ABŞ-da hansı partiya rəhbər postları tutur. «Həm demokratlar, həm də respublikaçılar birlikdə Ukraynanı dəstəkləyirlər. Və mən, hesab edirəm ki, bu, administrasiyadan, Ukraynada işləyən məmurlardan asılı deyil» - dövlət katibinin müavini qeyd edib.
Bundan əvvəl xəbər verildiyi kimi, Vaşinqton Kiyevə hərbi kömək çərivəsində 2017-ci və 2018-ci illərdə 350 milyon dollar, 2019-cu ildə 250 milyon, 2020-ci ildə 300 milyon ayırıb. Mart ayında Pentaqon Ukraynaya növbəti paketin ayrıldığını elan edib - 125 milyon dollar.