Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Pakistanlı general: “Qarabağda minalardan təmizlənməsinə və bərpa işlərində iştiraka hazırıq”
  • İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib
  • Şuşada 3 ölkə birgə sənəd imzalayacaq - Pakistanın da adı keçir
  • Pakistan ordu generalı Azərbaycana gələcək
  • Baş Qərargah rəisi Qamar Cavid Bacva: "Pakistan hər zaman Azərbaycanın yanında olacaq"
  • PAKİSTANIN AZƏRBAYCAN SEVGİSİNİN SƏBƏBİ NƏDİR? BƏS TÜRKİYƏ?- Maraqlı faktlar

    • Tarix: 27-07-2021, 10:53

    Pakistanın Azərbaycan sevgisinin səbəbi nədir? – Maraqlı faktlar

    Bu həftə Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin və nümayəndə heyətlərinin ilk üçtərəfli iclası keçiriləcək. İclasda “Bakı Bəyannaməsi” adlı üçtərəfli sənədin imzalanma mərasiminin keçiriləcəyi gözlənilir.

    44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə – küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın idi.

    “Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir,”- bu sözləri Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşərkən deyib. Pakistanın yüksək səviyyəli hərbi nümayəndə heyəti Azərbaycanda ötən ayın sonunda olub.

    Qamar Caved Bacva ilə görüşdə Prezident Əliyev “Pakistanın və Azərbaycanın iki qardaş ölkə” olduğunu və İslamabadın Bakıya verdiyi dəstəyi qeyd edib: “Biz, xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq”.

    Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət idi. Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. İkinci belə ölkə Türkiyədir.

    Rəsmi olaraq İslam Respublikası adlanan Pakistanı azərbaycanlılara və Azərbaycana yaxın edən təkcə dini və mədəni yaxınlıq deyil. Hər iki ölkənin qarşılaşdığı siyasi problemlər də bənzərdir.
    “Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik,” – Prezident Əliyev general Bacva ilə görüşündə deyib.

    2019-cu ildə Dehli, Hindistanda yeganə müsəlman çoxluqlu ştat olan Kəşmirə verdiyi muxtariyyatı ləğv edib. Kəşmirin bir hissəsinə isə Pakistan nəzarət edir. Azərbaycan beynəlxalq tədbirlərdə Kəşmir məsələsində Pakistanın yanında olduğunu nümayiş etdirir.


    Pakistan da, öz növbəsində, Azərbaycan müstəqilliyini elan edən ilk gündən onun ərazi bütövlüyünü dəstəkləyib və hazırda Azərbaycanla hərbi əlaqələri genişləndirməyə çalışmaqdadır.

    BMT qətnamələrində Pakistanın rolu

    Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan üçün Pakistanın siyasi dəstəyi vacibdir. O əlavə edir ki, Pakistan Azərbaycanı müstəqilliyinin elan olunmasının ilk günündən ardıcıl olaraq dəstəkləyib. “Pakistan müsəlman dövlətidir, nüvə silahına malikdir, əhalisi 250 milyondur. İndoneziyadan sonra Pakistan ən böyük əhalisi olan ikinci müsəlman dövlətidir”.

    Rasim Musabəyov xatırladıb ki, 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib: “Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub”.

    Hərbi əməkdaşlığa aparan yol

    Hərbi ekspert Murad Sadəddinov Azərbaycan-Pakistan ikitərəfli münasibətlərin Heydər Əliyev və Pərviz Müşərrəf dövründə yeni keyfiyyət aldığına diqqəti çəkib. Onun sözlərinə görə, həmin dövrdə Pakistan Azərbaycana “Qarabağın işğaldan azad olunmasında hərbi yardım göstərəcəyini və işğaldan azad olunmasında yaxından iştirak edəcəyini” vəd edib.

    Hərbi ekspert tərəflər arasında 2000-ci ildə Tehranda İqtisadi Əməkdaşlıq Çərçivəsində keçirilmiş danışıqların və verilmiş bəyanatların da əhəmiyyətini yada salıb.

    “Bu, çox ciddi və ikitərəfli hərbi əlaqələrin gələcəyi üçün mühüm rol oynamış bəyanat idi. Həmin görüşdən sonra iki ölkə arasında hərbçilərin qarşılıqlı səfərlərinin intensivliyi artmağa başladı,” – Sadəddinov deyib.

    Azərbaycanlı hərbi ekspert Sadəddinov İslamabadın Bakıya verdiyi dəstəyin daha bir vacib aspektinə toxunub: Pakistan nüvə silahına sahib yeganə müsəlman ölkəsidir, həm də həmin silahı daşıya bilən müasir raketləri də var.

    “Bəzi dəyərləndirmələrə görə, Pakistanın onlarla nüvə silahı vahidi var. Bu, qeyri-rəsmi məlumatdır. Lakin Türkiyənin dəstəyi ilə yanaşı, belə silahı daşıya bilən müasir raketlərin mövcudluğu da Azərbaycan üçün ciddi mənəvi və siyasi təminatdir və bir növ təhlükəsizlik çətiri rolunu oynamış olur,” – Murad Sadəddinov qeyd edib.

    Politoloq Rasim Musabəyova görə, Pakistanın nüvə ölkəsi statusuna baxmayarq, Bakı üçün “ilk növbədə Pakistanın siyasi dəstəyi mühüm əhəmiyyət kəsb edir”. Onun qənaətincə, Pakistanla sıx müttəfiqlik əlaqələri Bakı üçün ilk növbədə İslamabadın verdiyi etibarlı siyasi dəstək anlamında qiymətlidir.


    “Pakistanın nüvə dövləti statusuna sahib olması – bu, əbəttə ki, ilk növbədə, siyasi dəstəkdir, amma eyni zamanda da Azərbaycanı hədələmək fikrinə düşənləri, Ermənistanın tərəfini saxlayan nüvə ölkələrini Azərbaycana və Azərbaycanı dəstəkləyən Türkiyəyə həddən artıq təzyiq göstərmək cəhdlərindən çəkindrə biləcək bir amildir,” – Musabəyov deyib.

    Hərbi təcrübə mübadiləsi

    Təhlilçi qeyd edir ki, hərbi sahədə əməkdaşlığın perspektivi baxımından Pakistan 40-50 ildir ki, Hindistanla dağlıq ərazidə mübarizə aparması və müvafiq təcrübəyə malik olması nəzərə alınmalıdır.

    “Pakistanın çox yüksək hazırlıqlı dağlıq ərazidə əməliyyatlar aparan xüsusi təyinatlı bölmələri var. Və bu mənada Azərbaycan üçün həm təcrübə, həm taktika baxımından Pakistanın dağ xüsusi təyinatlılarının taktika və təcrübəsi vacib idi. Və düşünürəm ki, bu sahədə Pakistan Azərbaycana müəyyən yardım göstərib,”- Rasim Musabəyov əlavə edib.

    Hərbi-sənaye kompleksi

    Təhlilçilərin fikrincə, Bakı ilə İslamabad arasında hərbi-texniki əməkdaşlığın digər bir istiqaməti Pakistanın müəyyən dərəcədə Çinin dəstəyi ilə istehsal etdiyi hərbi təyyarələri ola bilər. “Azərbaycanın Pakistandan bir neçə ədəd JF-17 təyyarələri alması ilə bağlı məlumatlar olub,” – Murad Sadəddinov xatırladıb.

    Rasim Musabəyov Pakistanın istehsal etdiyi ən son model hərbi təyyarələrinin 5-ci nəsilə yaxın olduğunu, “hər halda ən azı 4+ nəsil səviyyəsinə aid edilə biləcəyini” qeyd edib.

    Musabəyovun sözlərinə görə, Azərbaycan Pakistanın hərbi təyyarə istehsalına “maraq göstərir, planlar mövcuddur, müəyyən danışıqlar aparılır, amma bu məsələ hələ götür-qoy ediləsidir, çünki Qarabağ müharibəsi, əslində, dronlardan istifadə edilməsinin daha effektiv olduğunu göstərib”.


    Millət vəkili Azərbaycanın Türkiyə ilə birlikdə hərbi sənaye kompleksini inkişaf etdirmək niyyətində olduğunu da xatırladıb.

    “Azərbaycanın bu sahədə imkanları Türkiyə və Pakistanın imkanları qədər olmasa da, mütəxəssislərimizin və maliyyə imkanlarımızın mövcudluğu hərbi təyinatlı məhsulun buraxılmasında üçtərəfli əməkdaşlığı faydalı edir.

    Bizim hərbi məhsul bazarımız böyük olmasa da, Türkiyə və Pakistanın bazarı həcmcə böyükdür və bü cür əməkdaşlıq layihələri çərçivəsində buraxılan məhsula tələbat əvvəlcədən təmin olunur,” – Musabəyov söyləyib.

    Minalanmış ərazilərin təmizlənməsi

    Pakistanın Azərbaycana yardım göstərməyə hazır olduğu daha bir sahə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Müdafiə naziri Zakir Həsənovla danışıqlar zamanı bu məsələyə pakistanlı general Bacva diqqət yetirib.

    “Ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər iştirak etməyə hazırdır,” – general vurğulayıb.
    Prezident Əliyevlə görüşü zamanı isə Pakistanın Quru Qoşunlarının komandanı daha bir diqqəti çəkən məsələyə toxunub.

    “Azərbaycanla bizim ortaq tərəfdaşlarımızdan biri də Türkiyədir. Sizin “bir millət, iki dövlət” dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyəylədi. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır,” – pakistanlı general deyib.

    Pakistanı Türkiyəyə bağlayan nədir?

    Bəs Türkiyə, generalın dediyi kimi, ”Pakistanın qəlbinə” niyə bu qədər yaxındır? BBC Türkce xidmətinin jurnalisti Ece Göksedefin sözlərinə görə, bu əlaqələrin tarixçəsi ən azı yüz il bundan əvvəlki dövrə, Hindistanın Britaniyanın müstəmləkəsi olduğu zamana gedib çıxır.

    “O zaman Pakistan hələ siyasi xəritədə yox idi, Hindistan müsəlmanları isə Osmanlı imperiyasını müsəlman aləminin mərkəzi qüvvəsi sayırdılar”.
    Birinici Dünya Müharibəsindən sonra Türkiyənin xarici qüvvələr tərəfindən işğalı onun Britaniya protektoratına çevrilməsinə gətirib çıxardı. Məhz həmin illərdə müsəlmanların etiraz dalğası, o cümlədən Mahatma Qandinin Britaniyanın Hindistanda müstəmləkəçi üsul-idarəçiliyinə qarşı başladığı müqavimət hərəkatını da enerji ilə təmin etdi.

    Həmin dövrdə Hindistanda yaranmış müsəlmanların kütləvi “Xilafət hərəkatının” əsas məqsədi işğal altında olan Türkiyəyə dəstək verilməsi idi,”- Ece Göksedef qeyd edir.

    Böyük sayda Hindistan müsəlmanları Türkiyənin işğala qarşı savaşında iştirak etmək üçün həmin illərdə bu ölkəyə yollanıblar.
    Türkiyə XİN-in saytında Pakistanla qurulmuş sıx əlaqələrin təməlinə işıq salan yazıda Pakistan xalqının Türkiyənin müstəqillik uğunda mübarizəsində oynadığı rol barədə bunlar yazılıb: “Qurtuluş Savaşımıza alt qitədə yaşayan müsəlmanların verdiyi dəstək şüurumuzda xüsusi yer tutur”.

    “Digər tərəfdən isə, Türkiyənin müstəqillik uğrunda apardığı mübarizə və müasir bir dövlət qurulması işində qazandığı uğur Pakistan xalqını bu yolla irəliləməyə ilhamlandırıb,”- Turkiyə XİN-i qeyd edib.

    Türkiyədə müstəqillik savaşında qələbə qazandıqdan 25 il sonra Hindistan da müstəmləkə buxovunu, nəhayət qıra bilib, 1947-ci ildə Hindistan müsəlmanları müstəqil Pakistan dövlətinin yaranmasını elan ediblər.


    Ece Göksedef qeyd edir ki, həmin dövrdə təzəcə ayaq üstə duran Pakistan dövləti üçün milli pul vahidi – rupi əskinaslarını çap edib ölkəyə təcili çatdıran məhz Türkiyə olub.
    O vaxtdan bəri Türkiyə “daima Pakistanın yanında olub, qardaş ölkəyə dəstəyini əsirgəməyib və hazırda da Ankara ilə İslamabad arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur”.

    2010-2107-ci illərdə ABŞ-ın Pakistanla hərbi sahədə münasibətləri geriləməyə başladı, ABŞ Pakistana hərbi sənaye məhsulunun satışını kəskin sürətdə məhdudlaşdırdı.
    Bunu görə Türkiyə dərhal Pakistana yardım əlini uzadıb: 2017-2019-cu illərdə Türkiyənin Pakistana ixrac etdiyi hərbi məhsulunun həcmi üçqat artırılıb.

    2016-ci ildə isə Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra, ABŞ-ın Türkiyə ilə münasibətlərində problemlər yarandı, ABŞ türkiyəli hərbi pilotlara təlim keçirilməsinə əngəllər yaratmağa başladı. Həmin dövrdə bu dəfə Pakistan Türkiyəyə bu məsələdə yardım əlini uzatdı.

    Uçtərəfli hərbi təlim planları

    Hərbi ekspert Murad Sadəddinova görə, Pakistan ordusu regionun ən mükkəmməl ordularından biridir və hərbiyyənin bütün sahələrində bu ölkə ilə əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycan üçün faydalı olacaq.

    Azərbaycan son aylarda Türkiyə ordusu ilə birgə müxtəlif qoşun növləri üzrə ardıcıl təlimlər keçirir. Yaxın zamanlarda bu cür təlimlərə, görünür, Pakistan da qoşulacaq. Uçtərəfli Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri sentyabr ayına təyin olunub. Bunu mətbuata müdafiə naziri Zakir Həsənov söyləyib.

    Nazirin sözlərinə görə, Prezident Əliyevin tapşırığı ilə “Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilməlidir”.
    “Biz buna hazırlıqlar görürük, artıq ekspert qruplarının bir qismi Azərbaycandadır, təlim ərazilərini yoxlayırlar. Onlar bizim hazırlığımızı yüksək qiymətləndirirlər,” – Azərbaycanın müdafiə naziri vurğulayıb. /BBC Azərbaycanca

    Oxunub: 300
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.