BDU-da REKTORUN MÜŞAVİRİ BICAQLANDI...-
FOTO /Yenilənib
27 iyul saat 11:00 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
BDU-dan verilən məlumata görə, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Bakı Dövlət Universitetinin rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsimxan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.
“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - E.Hacıyev bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.
***
BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.
Globall.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bakı Dövlət Universitetində baş verib.
Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.