Əfqanıstan və İraqdan çıxış - ABŞ-ın digər bölgələrə oriyentasiyası dəyişir
"Əfqanıstandan və İraqdan çıxan Amerika Birləşmiş Ştatları (ABŞ) oriyentasiyasını Asiya-Sakit okean bölgəsinə dəyişir. Qüvvələrin Əfqanıstandan, sonra isə İraqdan çıxmasını ABŞ ona görə həyata keçirir ki, digər bölgələrdə öz problemlərini həll etsin."
Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin (RİU) politologiya və sosiologiya kafedrasının müdiri Andrey Koşkin belə düşünür.
Ekspert «Sputnik» radiosunun efirindən bəyan edib ki, ABŞ ordusunun İraqdan çıxarılması yalnız zaman məsələsidir.
«Co Baydenin başçılığı altında Ağ Evin yeni komandası kardinal formada ABŞ-ın xarici siasət trayektoriyasını dəyişmk istəyir və bu zaman hansısa hərbi iştirakı seçir.
Tələsik çıxmaq - əvvəlcə Əfqanıstandan, bunu dünya ictimaiyyəti qaçmaq kimi qiymətləndirir, sonra isə İraqdan çıxmaq - həm ölkədə, həm də bölgədə müəyyən mənada qeyri-sabitlik yaradır. Və bu da təbiidir. Çünki ABŞ oraya müəyyən məqsədlərlə gəlmişdi ki, barəsində açıq danışmırdılar, bununla yanaşı, çıxarkən deyirlər ki, hədəflərə nail olunub.
İraqı dağıdaraq, orada milyonlarla sakini öldürərək, ABŞ bu ölkədən çıxır ki, öz problemlərini həll etsin, öz qüvvələrini akkumuyasya etsin, başqa yerə, məhz Asiya-Sakit okean bölgəsinə diqqət cəmləsin. Odur ki, biz, bu gün ABŞ-ın oriyentasiyasını dəyişdiyini görürük» - Andrey Koşkin hesab edir.
31 dekabr 2021-ci il tarixinə qədər ABŞ İraqda hərbi iştirakını dayandıracaq, amma yerli təhlükəsizlik qüvələrinə dəstəyini davam etdirəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında aparılan danışıqların yekunlarına əsasən verilmiş birgə yekun bəyanatında deyilir.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: