Keçmiş müdafiə nazirini Moskvaya səfir göndərəcəklər?- İstefası gözlənilməz olub...

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın istefası çoxları üçün gözlənilməz olub.
Bu haqda Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır. Bildirilir ki, istefadan sonra Arutyunyanın yaxın ətrafından olan adamlar onunla əlaqə saxlayıb istefanın səbəbini öyrənməyə çalışıblar.
Arutyunyan isə yaxın adamlarına izah edib ki, dəyişiklik prosesi başlayıb və buna normal yanaşmaq lazımdır. “Belə məlumatlar yayılır ki, onu Rusiyaya səfir təyin edəcəklər”,-qəzet yazır.
Vaqarşak Arutyunyan Ermənistanın 44 günlük müharibədə məğlubiyyətinin ardınca müdafiə naziri təyin olunmuşdu. O, Rusiyaya bağlı general hesab edilir.
Oxunub: 171
Xəbəri paylaş
Paylaş: