Xankəndidə Hadrut ermənilərinə 15 bina tikilir - FOTO

Rusiyanın himayəsi altında Qarabağda varlığını sürdürən separatçı-terrorçu rejimin rəhbəri Arayik Artunuyan paylaşıb bu fotoları.
Erməni KİV-i xəbər verir ki, separatçı qurumun rəhbəri binalarına “Hayastan” Fondunun maliyyəsi ilə tikildiyini bildirib. Xankəndidə hər biri 240 mənzilli 15 bina tikiləcək və 2022-ci ilin sonunda istifadəyə veriləcək. Evlərə Hadrut sakinləri yerləşdiriləcək.
Qeyd edək ki, 44 savaşdan sonra Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin geri dönüb ərazidə məskunlaşmaları üçün Rusiya, Ermənistan, “Hayastan” Fondu, həmçinin, bir sıra Avropa təşkilatları canfəşanlıq göstərirlər və bu məqsədlə külli miqdarda maliyyə ayırırlar.


Oxunub: 230
Xəbəri paylaş
Paylaş:




















