Polisi döyən deputatı hansı cəza gözləyir? –
Vəkil
Bunu,hüquqşunas Anar Qasımlı öz açıqlamasında bildirib.
Hüquqşünas qeyd edib ki, bu maddə 2 ildən 5 ilə azadlığın məhdudlaşdırılması, yaxud da 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərədə tutur:
“Burda xəsarətin dərəcəsi də müəyyən olunmalıdır. Xəsarət yüngül ola bilər, az ağır ola bilər, ağır ola bilər və yaxud da ki, xəsarətin dərəcəsi təyin olunmaya da bilər ki, bu da məsuliyyətə təsir edən amillərdir”.
A.Qasımlı qeyd edib ki, deputatın karantin qaydalarını pozması faktı isə izibati məsuliyyət yaradır.
Qeyd edək ki, Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Nazirlik bildirib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.\axar.az