Azərbaycanın amfibiya təyyarəsi - Türkiyədə dənizdən su yığarkən görüntüləndi /VİDEO
Azərbaycanın amfibiya yanğınsöndürən təyyarəsi Türkiyədə dənizdən su yığarkən görüntülənib. Sosial şəbəkələrdə yayılan video böyük maraqla qarşılanıb.
Xatırladaq ki, Azərbaycan bu təyyarəni 2008-ci ildə Rusiyadan alıb. Fövqəladə Hallar Nazirliyinin arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi hərəkətdə ola-ola 1 dəqiqə ərzində 12 ton su ehtiyatı yığa bilmə xüsusiyyətinə malikdir.
Qeyd edək ki, Azərbaycan Rusiyadan bu təyyarəni alan ilk xarici ölkə olub.
Görüntüləri təqdim edirik:
Oxunub: 352
Xəbəri paylaş
Paylaş:





















