Ermənilər Xankəndini niyə TƏRK EDİR?
Bu barədə Ermənistan mətbuatı yazıb.
Bir gün əvvəl Xankəndinin erməni əhalisi arasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şəhərə girməsi ilə bağlı məlumat yayılıb. Bu məlumat sosial şəbəkələrdə də geniş əks-səda doğurub.
Lakin separatçı administrasiyanın nümayəndəsi Hunan Tadevosyan əhalini sakitləşdirməyə tələsib və onları yeni həyata – Şuşa və Xankəndi ətrafında tez-tez atışmalara alışmağa çağırıb.
Tadevosyan deyib ki, Xankəndində kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbədədir.
Ancaq erməni mətbuatının yazdığına görə, Tadevosyanın çıxışı şəhər əhalisini daha da təşvişə salıb. Və sosial şəbəkələrdə hələ də şəhərə daxil olan Azərbaycan Ordusunun bölmələri haqqında məlumat verirlər./modern.az