Qırğızıstanın keçmiş prezidenti Bişkekə gətirilib -
Rusiyadan gözlənilməz addım
Qırğız Respublikasının keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.
1990-cı ildən 2005-ci ilə qədər Qırğızıstana rəhbərlik etmiş Əsgər Akayev Rusiya tərəfindən Qırğızıstan hüquq-mühafizə orqanlarına təhvil verilib.
O, istintaqa cəlb edilib.
Bir müddət əvvəl Əsgər Akayev Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır.
Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur.
Qeyd edək ki, Qırğız Respublikasının sabiq prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl filizi yatağının fəaliyyəti ilə bağlı iş üzrə beynəlxalq axtarışa veriliblər. Əsgər Akayev 1991-ci il avqustun 31-dən 2005-ci il aprelin 11-dək Qırğızıstanın prezidenti olub.
Maraqlıdır ki, adətən Moskva keçmiş SSRİ respublikalarına rəhbərlik etmiş və “öz adamı” hesab edərək sığınacaq verdiyi şəxsləri həmin ölkələrin istintaq orqanlarına təhvil vermir. Bu səbəbdən Akayevin Qırğızıstana verilməsi gözlənilməz addım hesab olunur.