Ermənistana yeni müdafiə naziri təyin edilib - YENİLƏNİB
Ermənistan Prezdenti Armen Sarkisyan ölkəyə yeni müdafiə nazirinin təyin olunması haqqında sərəncam imzalayıb.
“Sputnik Armeniya” xəbər verir ki, sərəncama əsasən, general-mayor Arşak Karapetyan müdafiə naziri təyin edilib.

***
Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Armen Sarkisyana müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın təyin olunmasını təklif edib.
“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Prezidentinin Mətbuat xidməti yayıb.
N.Paşinyan ərazi inkişaf və infrastruktur naziri səlahiyyətlərini icra edən Suren Papikyanın Baş nazirin müavini vəzifəsinə, Romanos Petrosyanın isə ətraf mühitin mühafizəsi naziri təyin olunmasını təklif edib.
Qeyd edək ki, Arşak Karapetyan avqustun 2-də Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad olunub./report

Oxunub: 402
Xəbəri paylaş
Paylaş: