Kapitoli binasını mühafizə etmiş 4 zabit özünə qəsd edib
Yanvarın 6-da ABŞ-da Kapitoliyə hücum zamanı binanı mühafizə etmiş 4 zabit ötən müddət ərzində özünə qəsd edib.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat açıqlayıb.
Məlumata görə, veteran Günter Haşida iyulun 29-da öz mənzilində ölü aşkarlanıb. Ekspertiza onun özünəqəsd nəticəsində öldüyü qərarına gəlib.
İyulun 10-da zabit Karl Defeytaq da özünə qəsd edib.
Daha əvvəl isə polis əməkdaşları Hovard Liberhud və Cefri Smit də özünəqəsd nəticəsində dünyalarını dəyişiblər.

Oxunub: 312
Xəbəri paylaş
Paylaş: