Koronavirus səbəbindən Olimpiada ilə vidalaşmalı oldu
Rusiyalı qadın karateçi Anna Çernışeva Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
55 kq çəki dərəcəsində çıxış edən idmançının koronavirus testi müsbət çıxıb.
Çernışeva bu səbəbdən olimpiada ilə vidalaşmalı olub.
Azərbaycanı bu növdə İrina Zaretska təmsil edəcək. 61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı avqustun 7-də yarışda çıxış edəcək.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq./report
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: