3 ölkənin Müdafiə nazirləri Gürcüstanda görüşəcək
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Gürcüstan Müdafiə Nazirliyinin saytının yaydığı məlumata görə, görüşə ev sahibliyini Gürcüstan edəcək.
Məlumatda həmçinin qeyd olunub ki, Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla üçtərəfli görüş məsələsini müzakirə edib və üçtərəfli formatda hərbi əməkdaşlığın vacibliyini vurğulayıb.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: