Əfqanıstanda "Taliban"ın daha 303 silahlısı məhv edilib
Əfqanıstanın silahlı qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin “Taliban” qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.“Sputnik Afqanistan” xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Son sutka ərzində hərbçilərlə “Taliban” arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.
Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: