Gürcüstanda koronavirus: son sutkada 3 670 nəfər yoluxub,38 nəfər ölüb
Gürcüstanda son sutkada koronavirusa 3 670 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 436 573-ə, ölənlərin ümumi sayı isə 5 986-ya çatıb.
Ötən 24 saat ərzində 2 626 , ümumilikdə isə 393 453 nəfər müalicə olunaraq sağalıb.
Bu günə olan aktiv xəstə sayı 37 108 nəfərdir.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: